Mənim komandam göstərib ki…

0
506

“8 gündü bir yerdəyik. “Qarabağ” və “Neftçi”nin futbolçuları gec qoşuldular. Hazırlıqdan razıyam. Rəqibdən qorxmuruq. Əsas odu ki, zədəli futbolçumuz yoxdu”. Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimiz sabah Norveçin qonağı olacaq. Bu görüşdən öncə Prosineçki mətbuat konfransı keçirib.

O bildirib ki, Oslodan yaxşı nəticə ilə qayıtmağa çalışacaqlar: “Çıxıb öz oyunumuzu göstərəcəyik. Burdan yaxşı nəticə ilə qayıdacağımza hazıram”.

– Serbiya kimi, Norveç də atletik oyun oynayır. Bunun qarşısını almaq üçün hansı plan qurmusuz?

– Həmin görüşdən sonra komanda ilə oyunu analiz etdik. Səhvlərin üzərində işlədik. Bilirəm ki, Norveç də standart vəziyyətlərdən yaxşı oynayır, boyda da bizdən üstündülər. Ancaq belə məqamlarda fərdi düzgün oynasaq, konsentrasiyanı itirməsək, yaxşı olacaq. Mən Serbiya ilə matçda komandamdan razı qaldım. Həmin oyunda birinci hissədə göstərdiyimiz oyunu sabah da sərgiləməyə çalışacağıq.

– Prosineçkinin təyinatından sonra millimiz uzaq məsafədən zərbələrə daha çox üstünlük verir. Demək olar ki, sabahkı oyunda komandanın əsas qol ümidi Dmitri Nazarov olacaq?

– Dima son oyunlarda vacib qollar vurub. Malta ilə matçda sonradan girdi oyuna, qol vurdu. Serbiya ilə matçda da bunu təkrarladı. Klubunun heyətindəki son 2 oyununu izlədim. Ümid edirəm ki, sabah da şansı olacaq. Əsas kimin qol vurması önəmli deyil. Mənim komandam göstərib ki, yüksək səviyyədə futbol oynaya bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here