“Məlikməmməd və Ziba” Mingəçevirdə

935

Uzun müddətdir Mingəçevirdə anonsu yayımlanan  “Məlikməmməd və Ziba” filmi Mingəçevir Dövlət Dram Teatırınin kino zalında tamaşaçılara təqdim olunub. Filmdən əvvəl qala gecəsi keçirilib. Əvvəlcə paytaxtdan gələn musiqiçilərin ifasında şən musiqilər səslənib. Gecədə filmin aktyorları  çıxış edərək obrazları barədə məlumat veriblər. Komediya filminin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynov bildirib ki, komediyanın sujet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, gülüş doğuran vəziyyətlərdən ibarətdir: “Flimdəki hadisələr müasir zamanda baş verir. Məlikməmməd adı klassik nağıllarımızda olan cəngavər obrazını xatırlatsa da, bu filmin baş qəhrəmanı Məlikmməməd heç bir işdə uğur qazanmayan, borcu olan və ömrü boyu milyonçu olmağın yolunu axtaran obrazdır”.

 

Qeyd edək ki, “Məlikməmməd və Ziba” komediyasında Nofəl Şahlaroğlu, Qorxmaz Əlilicanzadə, Əzizağa Əzizov, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Fatma Mahmudova, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, İntiqam Soltan və başqaları çəkilib. Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur. Filmin çəkilişləri Mingəçevir və Bakı şəhərlərində aparılıb.

Esmira Hidayətova, Mingəçevir.