Məktəblilər Şəhidlər xiyabanını ziyarət ediblər

293

20 Yanvar faciəsinin 31-ci ildönümünün keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Mingəçevir şəhər 10 saylı Tam Orta məktəbin 4b sinif şagirdləri məktəbin müəllimi Afayət Səfərovanın rəhbərliyi altında tədbir hazırlamışdır. Bu tədbirlər planı çərçivəsində Afayət müəllimə mövcud pandemiya ilə əlaqədar bütün qaydalar əsasında şagirdlərin Şəhidlər Xiyabanına ziyarətini təşkil etmişdir.

Tədbirdə çıxış edən məktəbin müəlliməsi şagirdlərə 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışmışdır. Daha sonra 4b sinif şagirdləri 20 Yanvar hüzn gününə həsr etdikləri  şeirləri ilə çıxış etmişlər. Sonda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Esmira Hidayətova, Mingəçevir