Məktəbli erməni gülləsinə tuş gəlib

0
403
Gədəbəyin Şınıx bölgəsində yerləşən Göyəli kəndində 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından  verilən məlumata görə, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində düşmən gülləsinə tuş gəlib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here