Məktəbin 3 şagirdi dünya kubokunun qalibi olub

0
642

Mingəçevir 4 saylı tam orta məktəbin şagirdləri təhsillə yanaşı idman sahəsində də uğurlu nəticələr əldə edirlər. Beləi ki, bu ilin oktyabr və noyabr aylarında məktəbin 3 şagirdi dünya kubokunun qalibi olub. Bü münasibətlə bu gün 4 saylı məktəbdə təqdimetmə mərasimi keçirilib. Məktəbin direktoru Azər Qazıyev tədbirdə çıxış edərək şagirdlərin bu uğurlu qalibiyyətini alqışlayıb və bildirib ki, onların bu naliyyətləri biz müəllimləri də sevindirir.

 

Daha sonra qalib şagirdlərin mükafatları təqdim olunub. Qeyd edək ki, dünya çempionatında kinqboksinq üzrə birinci yerin qalibi 8-ci sinif şagirdi Baxışov Seymur həm də qızıl medala sahib olub. Daha sonra dünya çempionatında qarışıq döyüş növləri üzrə 1-ci sinif şagirdi Ruşanov Əli kinqboksinq üzrə bürünc medal, uşu-sando üzrə isə gümüş medala sahib olub. Dünya çempionatında qarışıq döyüş növü üzrə 4-cü sinif şagirdi Səlimli Sərvan isə gümüş və bürünc medallar qazanıb.

Tədbirdə şagirdlərə mükafatları direktor Azər Qazıyev təqdim edib. Qeyd edək ki, bu tədbir çərçivəsində şəhər üzrə dama yarışında qalib gəlmiş məktəblilərə də fəxri fərmanlar verilib.

Esmira Hidayətova, Mingəçevir