Məktəbdə tarix gecəsi keçirilib

0
640

Mingəçevir 13 saylı tam orta  məktəbin tarix müəllimi M. Abbasovanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tarix gecəsi keçirilib. Tədbir Azərbaycan himninin ifası ilə açıq elan olunub.

Gecədə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması haqqında geniş məlumat verilib. Şagirdlərin ifasında “Sarı gəlin”, “Qarabağ şikəstəsi” və digər musiqilər səsləndirilib, vətənpərvərliyə həsr olunmuş şeirlər söylənilib, maraqlı səhnəcik nümunəsi təqdim olunub.

 

Tədbirdə iştirak edən VII-IX sinif şagirdləri onlara verilmiş suallara cavab veriblər. Bir neçə fəal şagirdə xüsusi hədiyyə təqdim olunub. Sonda məktəbin direktoru Tünzalə Seyidova çıxış edib.

Esmira Hidayətova, Mingəçevir