Məktəb direktoru: “Bu cür uşaqları da unutmamalıyıq”

603

 

Ailədən, atadan, anadan, sevgidən məhrum olan uşaq evinin daimi sakinləri əlamətdar günlər zamanı daha cox yada düşür, xatırlanırlar. Bayram günlərində idarə, müəssisə və təhsil ocaqları onları yada salır. Beləcə onlar da ömürlərinin ən xoşbəxt anlarını bu vaxtlarda yaşayırlar. Mingəçevirdəki Nevroloji Uşaq Sanatoriyasında valideyin himayəsindən məhrum olan uşaqlar da bu gün sevinc içinə idilər. Axı Mingəçevirdəki 6 saylı və 17 saylı məktəbin kollektivi və şagirdləri onların hüzuruna gəlmişdilər. Özü də Yeni illə bağlı hazırladıqları maraqlı səhnəciklərlə, rəqslərlə, mahnılarla, şeirlərlə… Bəli, uşaq evinin sakinləri də məktəblilərə qoşuldular, oxudular, oynadılar…şənləndilər.


6 saylı məktəbin direktoru Xurşud Zamanova bizimlə söhbətində bildirdi ki, övlad ailənin sütunudur, biz müəllimlər məktəbdə, evdə övladlarımızın başına pərvanə tək dolanırıq, onları hər cür naz, nemət içərisində böyüdürük. Bu cür uşaqları da unutmamalıyıq. Necə deyərlər, axı onların da sevinməyə haqqı var. Odur ki, bir məktəb rəhbəri, bir valideyn kimi onlara baş çəkməyi özümə borc bilirəm. Fikrimcə, belə gəlişimiz uşaqların da ürəyincə olur”.


Tədbir çərçivəsində məktəblilər gətirdikləri bayram sovqatını da Nevroloji Uşaq Sanatoriyasının balaca sakinləri bölüşüblər.
Esmira Hidayətova, Mingəçevir.