Məkkədəki faciədə ölənlərin sayı 769 nəfərə çatıb

0
490
Mina dağında sentyabrın 24-də baş vermiş izdiham nəticəsində ölənlərin sayı 769 nəfərə çatıb, xəsarət alanların isə sayı 934 nəfər təşkil edib. Bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi məlumat yayıb.

 

Bundan əvvəl faciə nəticəsində 717 nəfəri öldüyü, 563 nəfərin xəsarət aldığı bildirilmişdi.  Ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. İzdiham iki zəböyük zəvvar axınının toqquşması nəticəsində baş verib. Səudiyyə Ərəbistanı rəsmi qurumları bəyan ediblər ki, faciəyə səbəb  zəvvarların müəyyən edilmiş qaydalara riayət etməməsi olub.