Dünyanın ən güclü heyvanlarından biri də köpəklərdir. İnsanlara yaxınlığı ilə tanınan itlərin hər cinsinin müxtəlif xüsusiyyətləri var. Dünyada gücü ilə məhşur olan köpək cinsləri bunlardır. | |||||||
1) “Tosa İnu”- “Tosa” və ya “Yapon Tosa” Yaponiyada yetişdirilən bir it cinsidir. Erkək cinsinin boyu 60 santimetr, dişilərin boyu isə 55 sm-dir. Qulaqları kiçik və incə, kürəyi isə düzdür. Tükləri qısa və sıxdır. Bu cins əsasən şabalıdı-qırmızı rəngdə olur.
2) “Amerikalı Bandoq”- “Napolitan Mastiff” olaraq da bilinir. Özünə güvənən ağıllı və itaətkar bir köpəkdir. Mükəmməl mühafizə qabiliyyəti var. İldə iki dəfə tük tökür. 3) “Kane-Korso” – Çox yaxşı mühafizə və gözətçi köpəyidir. Bununla yanaşı, polis iti olaraq da tanınır. Ömürləri orta hesabla 10-12 ildir. İtalyan əsillidir. 4) “Amerika Pit Bull Terrieri” – “Terrier” və “Buldoq” cinsi köpəklərdən dünyaya gələn mələz it cinsidir. Erkək cinsi 45-55 sm, dişi cinsi isə 41-47 sm hündürlüyündədir. Çənəsi qısa və güclüdür. 5) “Rodesia Ridcbek”- Ov zamanı yırtıcı, evdə isə sakit, itaətkar, yaxşı bir itdir. Sinəsində və ayaqlarında ağ ləkələr var. 6) “Argentina Doqu”- İlk dəfə 1920-ci ildə Argentinada ovçuluq üçün yetişdirilib, çox yaxşı donuz ovçusudur. Bu cins köpəklər çox ağıllı, qorxusuz və cəsur olurlar. Başqa köpəklərlə və heyvanlarla yola getmirlər. Axtarış, xilasetmə, qoruma kimi işlərdə əvəzedilməzdirlər. 7) “Burbul”- Cənubi Afrika Mastifi olaraq da bilinir. Xarici görünüşü etibarilə olduqca heybətli və güclü itdir. “Kanqal” və “Mastif” qarışığına bənzəyir, işçi iti sinfinə daxildir
|