Məhəllədaxili yollar abadlaşdırılır

Mingəçevir adablaşır, inkişaf edir, məhəllədaxili yollar asfaltlanır və ilk dəfə olaraq məhəllələrə işıqlanma sistemi qurulur. Daha doğrusu, ölkə başçısının imzaladığı sərəncamlara əsasən şəhərin sənaye potensialını genişləndirilməsi, yeni müəssisələrdən ibarət iri texnoparkların təşkili, infrasturuktur layihələri həyata keçirilir. Bu barədə Mingəçevir şəhər İcra Hakimiyyətinin əsaslı tikinti təmir və abadlaşdırma şöbəsinin müdiri Arif Musayev məlumat verib. Bildirib ki, cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Mingəçevir gündən-günə böyüyür, inkişaf edir. Şəhərdə aparılan işlərlə yanaşı məhəllədaxili yollar da yaddan çıxmır: “Hazırda şəhərin 6 məhəlləsində geniş quruculuq abadlıq işləri aparılır: məhəllədaxili (94,87,75,13, 14 və 16 saylı məhəllələr) yollara asfalt örtüyü çəkilir, işıqlanma sistemləri (80 ədəd işıq dirəyi) qurulur.
Mingəçevirdə dövlət proqramına uyğun olaraq su və kanalizasiya sistemləri yenidən qurulur və bu işlər davam etdirilir. Görülən işlərdən şəhər sakinləri razılıq bildirir və ölkə başçısına minnətdarlıq edirlər.
Esmira Hidayətova