“Məcburi köçkünlük şəratitində qadınların səlahiyətləndirilməsi” müzakirə olunub

517

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlük şəratitində qadınların səlahiyətləndirilməsi” layihəsi çərçivəsində Mingəçevirdə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan layihə koordinatoru Lyudmila Xəlilova layihənin məqsədi və məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış edib. Eyni zamanda məişət zorakılığı və onun növləri, zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını iştirakçıların nəzərinə çatdırıb. Lyudmila xanım onu da bildirib ki, bu kimi tədbirlər əsasən məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə keçirilir. O bu kimi tədbirlərin davamlı olacağını da vurğulayıb.

Daha sonra mövzu ətrafında Ombudsmanın nümayəndəsi Turan Cahangirova çıxış edib.

Tədbir qarşılıqlı diskusiya şəkilində müzakirələrlə davam etdirilib.

Esmira Hidayətova, Mingəçevir.