Luqanskda gərgin döyüşlər ara vermir

0
519
İyunun 2-də səhər saatlarında Ukrayna Dövlət Sərhəd Xidmətinin Luqansk şəhərindəki Sərhəd Dəstəsinə separatçıların silahlı hücumu başlayıb.
Avtomat və qumbaraatanlarla silahlanmış təxminən 400 nəfərlik qrup ətraf binaların içərisindən və həyətindən Luqansk Sərhəd Dəstəsinin yerləşdiyi ərazini atəşə tutur.

Ukrayna Dövlət Sərhəd Xidməti 7 saatlıq döyüşlərdən sonra 5 separatçının öldürüldüyünü, 8-nin yaralandığını açıqlayıb. Ukrayna sərhədçiləri arasında 10-a qədər yaralı var. Döyüş davam edir. Ətrafda yaşayış binalarının olması Ukrayna hərbi aviasiyasının terrorçulara zərbə endirməsinə mane olur.

Qeyd edək ki, Ukrayna-Rusiya dövlət sərhədinin Luqansk istiqamətində vəziyyət son günlər xeyli gərginləşib. Separatçı-terrorçu qruplaşma sərhəd xəttini nəzarətə götürməyə və beləliklə, Rusiyadan maneəsiz şəkildə canlı qüvvə və silah gətirilməsini təmin etməyə çalışır.

 

Rusiya Ukraynadan

koridor istəyir

Dünən Rusiya BMT Təhlükəsizlik Şurasına Ukrayna ilə bağlı qətnamə layihəsi təqdim edib.

Qətnamədə antiterror əməliyyatının keçirildiyi ərazilərdən dinc əhalinin təxliyə olunması və humanitar yardımın çatdırılması üçün humanitar dəhlizin yaradılması nəzərdə tutulur.

Rusiya həmçinin atəşin dərhal dayandırılmasını tələb edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here