Luis Hamilton Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub

0
320

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib. APA-nın məlumatına görə, Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının pilotu Luis Hamilton  olub. İkinci yerdə Kimi Raykonnen (“Ferrari”), üçüncü yerdə Serxio Peres (“Force India”) qərarlaşıb.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.