“Liverpul” finalda “Real Madrid”lə qarşılaşacaq

403

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci finalçısı İngiltərənin “Liverpul” klubu olub. “Roma”-nın qonağı olan ingilislər oyunu yaxşı başlayıblar. Doqquzuncu dəqiqədə Sadio Mane hesabı erkən qolla açıb – 0:1. Çox keçməmiş Stefan El Şaravinin cinah ötürməsindən sonra top Milnerin ayağına dəyərək qapıdan keçib – 1:1. Qarşılaşmanın 25-ci dəqiqəsində qonaqlar yenidən hesabda önə keçib. Bu dəfə Vijnaldium fərqlənib – 1:2.

Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra irəli atılan meydan sahibləri oyunun 52-ci dəqiqəsində Dzekonun sayəsində hesabı bərabərləşdirib – 2:2. Matçın 86-ci dəqiqəsində Radja Naiqolan adını tabloya yazdırıb – 3:2. Oyunun son qolunu da R.Naiqolan vurub – 4:2.

Qalan dəqiqələrdə italyanlar çox çalışsalar da hesabı dəyişə bilməyiblər. “Roma”nın bu qələbəsinə baxmayaraq, birinci görüşdə doğma meydanda 5:2 hesabı ilə qələbə qazanan “Liverpul” iki oyunun nəticəsinə əsasən finala çıxıb.

Çempionlar Liqası

Yarımfinal (cavab oyunu)

 

2 may

“Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) – 4:2

Qollar: Milner, 15 (avtoqol), Ceko, 52, Naynqolan, 86, 90+3 (pen.) – Mane, 9, Vaynaldum, 26

Baş hakim: Damir Skomina (Sloveniya)

Roma, “Olimpiya” stadionu

İlk oyun – 2:5

 

“Roma”: 1. Alisson, 4. Naynqolan, 7. Pelleqrini, 9. Ceko, 11. Kolarov, 14. Şik, 16. De Rossi, 20. Fazio, 24. Florenzi, 44. Manolas, 92. El Şaaravi

 

“Liverpul”: 1. Karius, 4. Van Diyk, 5. Vaynaldum, 6. Lovren, 7. Milner, 9. Firmino, 11. Salah, 14. Henderson, 19. Mane, 26. Robertson, 66. Aleksandr-Arnold