Liseydə STEAM festivalı

163

 

Mingəçevir şəhər Texniki Humanitar Liseydə STEAM Festivalı keçirilib.

Festivalda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhər Təhsil Şöbəsinin nümayəndəsi Zamik Cəbiyev, təhsil şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, MDU-nun müəllim və tələbə heyəti, valideynlər iştirak ediblər.

Tədbirin bədii hissəsində liseyin şagirdlərinin vətənpərvərlik mövzusunda kompozisiyaları, yeni texnologiyanı əks etdirən rəqs nömrələri nümayiş olunub. Sonra isə sərgiyə baxış keçirilib. Altı bölmədən ibarət sərgidə şagirdlər öz məhsullarını, hazırladıqları layihələri, robotları, leqoları nümayiş etdiriblər. Bunlarla yanaşı müxtəlif yarışlar, maraqlı oyunlar da təqdim olunub.

Qeyd etmək istərdik ki, belə sərgi-festival ümumtəhsil məktəbləri arasında ilk dəfə keçirilirib.

Esmira Hidayətova, Mingəçevir