Liderlər üz-üzə gəlirlər

0
405

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.Tturun son oyun günündə iki qarşılaşma baş tutacaq.

 

Günə Sumqayıtda start veriləcək. Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi sınağa çəkəcək. Bu il qələbəsi olmayan AZAL xal ehtiyatını artırmaq iddiası ilə səfərə yollanıb. Tərlan Əhmədovun yetirmələri 3-cü matçda da rəqibini büdrətmək əzmindədi. Samir Abasovun komandası isə ev oyununda qalib gəlib, “Neftçi” məğlubiyyətini unutdurmalıdı.

 

Həftəyə Qəbələdə yekun vurulacaq. Turun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gələcək. Son 3 mövsümün çempionu “Qarabağ” liderliyini qorumaq üçün “Qəbələ”yə uduzmamalıdı. Meydan sahibləri isə zirvəni ələ keçirmək üçün mütləq qalib gəlməlidi.

 

Hər iki komandanın itkilərlə çıxacağı matç çempionluq yolunda böyük önəm kəsb edir. Qurban Qurbanovun yetirmələri 3 oyunluq qələbə seriyasını davam etdirsə, 6 xallıq fərqlə qızıla daha da yaxınlaşacaq. Roman Qriqorçukun yetirmələri isə xal itkisi ilə işini çətinə salacaq.

 

Azərbaycan Premyer Liqası

XIX tur

19 fevral (bazar)

15:00. “Sumqayıt” – AZAL

Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2

 

Turnir cədvəli

 

1. Qarabağ 18 13 3 2 32-8 42
2. Qəbələ 18 11 6 1 36-10 39
3. İnter 19 8 9 2 30-19 33
4. Zirə 19 6 5 8 17-21 23
5. Sumqayıt 18 5 7 6 19-23 22
6. Neftçi 19 5 2 12 14-33 17
7. Kəpəz 19 3 7 9 12-22 16
8.  AZAL 18 1 5 12 8-32 8

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 10.