Liderlər 1 ton dönər yeyiblər

0
651

Türkiyənin Antalya şəhərində baş tutan G-20 zirvə toplantısı ərzində dünya liderləri və onları müşayiət edən komandaların tələbatını ödəmək üçün nə qədər ərzaqdan istifadə edilməsi ilə bağlı məlumat yayılıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Bələk bölgəsindəki otellər tədbirin keçirildiyi günlərdə 24 saatlıq yemək xidmətini aktiv edib. Liderlərin qonaq olduğu “Regnum Carya Otel”ində, həmçinin, mətbuatın yerləşdiyi “Kaya Palazzo Otel”də 1000 nəfər personal xidmət edib. Onların 400-ü aşpaz və xidməti personalı olub. Menyularda əsasən türk şirniyyatlarına üstünlük verilib. Yeməklərdən isə dönər, lahmacun, pide növləri və paxlava daha çox yeyilib.

Liderləri qonaq edən “Regnum Carya Otel”də 1 ton dönər, 3 ton qırmızı ət, 5 ton bütöv quzu çevirmə, 1,5 ton toyuq əti, 750 kiloqram balıq, 500 ədəd forel və 350 ədəd qızıl balıq yeyilib. Mətbuat nümaynədələrinin qaldığı “Kaya Palazzo Otel”də isə toplantı günləri boyunca ümumilikdə 1 ton dönər və 2 ton qırmızı ət yeyilib. Bundan başqa, Almaniya kansleri Angela Merkel və Cənubi Koreya prezidenti Pakr Geun üşüdükləri üçün otelin bütün havalandırma sistemi bu iki liderin istəyinə uyğunlaşdırılıb.

Normal günlərə nisbətən daha çox yeyilən məhsullardan biri də banan olub. Oteldə tətil mövsümlərinin eyni dövründə 18 qutu banan yeyilirdisə, G-20-də 70 qutu banan yeyilib. Salat üçün istifadə olunan ərzaqlar və düyüdən də tətil mövsümlərinə nisbətən 5 dəfə daha çox istifadə olunub. Yemək zamanı ölkə liderlərinə öz ölkələrinin meyvələri təqdim olunub. Liderlərə öz istəklərindən asılı olaraq özəl xidmət də göstərilib. Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz sadəcə ət yediyi halda, qatı vegeteriyan olan Hindistan prezidenti Narendra Modiyə sadəcə vegeteriyan yeməkləri verilib. Türk qəhvəsi zirvə iştirakçıları arasında ən populyar içki olub. Bəzi qonaqlar çox bəyəndikləri türk qəhvəsini demək olar ki, hər yeməkdən sonra içiblər.

Mətbuat nümayəndələrinin qonaqlandığı “Kaya Palazzo Otel”də isə ən çox meyvə yeyilib. Ət yeməklərində isə mətbuat nümayəndələri ölkə liderlərindən geridə qalıb. Liderlər 600 kilo ət dönəri, 600 kilo toyuq dönəri, 850 kilo antrikot, 850 kilo quzu budu və 750 kilo qiymə yeyib. Mətbuat nümayəndələrinin ən çox yediyi ərzaqlardan biri də yumurta olub. Zirvə boyunca 63 min ədəd yumurta yeyiblər. Bundan başqa, oteldə 11 min kola içilib.