Levandovski və Aleksiya Putelyas 2021-ci ilin ən yaxşı futbolçuları seçiliblər

48

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Bu ada Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski sahib olub. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə “Liverpul”undan Məhəmməd Salahı geridə qoyub.

Ötən il 69 qol vuran R.Levandovski “Bavariya” ilə Almaniya Bundesliqasının və kuboku yarışının qalibi olub.

FIFA 2021-ci ilin ən yaxşı qadın futbolçusunu da açıqlayıb.Bu ada İspaniyanın “Barselona” klubunun oyunçusu Aleksiya Putelyas layiq görülüb.

Mükafata Kataloniya təmsilçisinin digər oyunçusu Cennifer Ermoso və İngiltərə “Çelsi”sindən Samanta Kerr də iddia edirdilər.

Qeyd edək ki, FIFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.