Layihənin təlimlərinin II hissəsinə start verilib

0
432

Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinin II hissəsinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi və hüquqi maarifləndirmə, region gəncləri arasında sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan  ibarətdir. Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Turizm Kollecinin tələbələrinin iştirakı ilə keçirilən təlimdə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov gənclərə uğurlar arzu edib. Maarifləndirmə məqsədi ilə həyata keçirilən layihənin gənclərin gələcək fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirib.

Təlimçi Kamal Əhmədov iştirakçıları təlim haqqında məlumatlandıraraq, təlimin məqsədi, təlimdən gözləntilər, qızıl qaydalar, biznes ideyanı seç, marketinq, bazar araşdırılması, satışın müəyyən edilməsi, alış və tədarük planının, investisiya həcminin müəyyən edilməsi, biznesin müxtəlif xərcləri, işçilərin seçilməsi haqqında ətraflı  məlumat verib.

Təlimlər 4 gün davam edəcək. Təlimləri uğurla başa vuran gənclərə sertifikartlar təqdim olunacaq.

Esmira Hidayətova