Layihənin icrası başa çatıb

379

“Ailələrə Sosial Dayaq” İctimai Birliyinin (ASDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Mingəçevir şəhərində icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsi başa çatıb.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların və bu sahədə regionlarda fəaliyyət göstərən şəxslərin sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasından, sosial qanunvericiliklə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən, sosial işlə bağlı fəaliyyət göstərən region qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin səmərəliliyinin artırılmasından ibarət olub.

Layihənin rəhbəri Mətanət Yusifova qeyd edib ki, layihə başa çatmasına baxmayaraq mərkəz hələ də öz fəaliyyətini davam etdirir.

Esmira Hidayətova, Mingəçevir