Layihə uğurla başa çatıb

0
320

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Tələbələrin Yay Təcrübə Proqramı” layihəsi uğurla başa çatıb. Gənclərin maraqla iştirak etdiyi layihənin sonuncu vebinarının spikerləri Bakı Dövlət Universiteti – Tarix fakültəsinin məzunu, “AAC MMC” satış şöbəsinin müdiri, “Sat Group” şirkətinin satış üzrə təlimçisi Sarvan Aslanov və Çinin Tsingua Universitetinin məzunu, Global Assistant LTD şirkətinin icraçı direktoru, GA trade and consulting LTD-nin qurucusu Vüsal Qurbanov olub. Gənclərə gələcək karyeralarında uğur qazanmaq üçün hər zaman özünə inanmağı tövsiyə edən spikerlər öz arzuları, məqsədləri üçün mübarizə aparmağın vacib olduğunu qeyd edib. Sualları cavablandıran spikerlər iştirakçılara uğurlar arzulayıblar. Sonda layihəni uğurla bitirən iştirakçılar sertifikatla təltif olunub.

“Tələbələrin Yay Təcrübə Proqramı” layihəsinin əsas məqsədi karantin qaydalarına əməl olunmaqla, Universitetdə təhsil alan və təhsilini bitirmiş tələbələrin müxtəlif sahələrdə tanınan şəxslərlə görüşünü təşkil etməklə onlara motivasiya aşılamaq və onlara həmin şəxslərin təcrübələrindən faydalanması, asudə vaxtlarını səmərəli şəkildə keçirməsi, nəzəri biliklərlə yanaşı praktik bilik və bacarıqlara yiyələnməsi üçün şərait yaratmaqdır.

Esmira Hidayətova, Mingəçevir