Layihə region gənclərinin dünyagörüşlərinin formalaşmasına xidmət edir

0
339

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatı dəstəyi ilə keçirilən “İstedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron bazanın yaradılması, onlara təlimlərin, həmçinin intellektual və idman yarışlarının keçirilməsi” adlı layihə çərçivəsində 24.06.2018 və 12.07.2018-ci il tarixlərində “Layihələndirmə təlimləri” həyata keçirilib.

Təlim zamanı gənclərə “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin metodisti Kamal Əhmədov tərəfindən layihənin hazırlanması qaydaları ətraflı şəkildə izah olunub. Layihə hazırlanarkən ilk növbədə onun təklif forması, icra planı və xərclər smetasının düzgün qaydada göstərilməsinin vacibliyi gənclərin diqqətinə çatdırılıb. Layihənin hazırlanma mərhələləri gənclərə əyani şəkildə nümayiş olunub, daha sonra isə qrup şəklində tapşırıqlar həyata keçirilib. Bu kimi təlimlərdə iştirak etməklə gənclər, dünyagörüşlərinin artırılmasına, natiqlik bacarıqlarının inkişafına, elmli və məntiqli mühakimə yürütmək qabiliyyətinə sahib olacaqlar.

Esmira Hidayətova, Mingəçevir