Layihə çərçivəsində tədbir keçirilib

0
543

Mingəçevirdə “Əhalinin həssas təbəqələrinin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və hüquqi yardım xidmətlərinin göstəriləməsi” layihəsi çərçivəsində geniş tədbir keçirilib. Tədbirə əlil uşaqların valideynləri, müəllimləri və şəhər ictimayyətinin nümayəndələri, jurnalistlər qatılıblar.

 

Tədbirdə Sosial Hüquqların Araşdırılması İB-nin sədri, layihə meneceri Mais Əliyev qeyd edib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Mais Əliyev onu da bildirib ki, həmin layihəyə əsasən Bakı şəhərində və regionlarda əhalinin bu təbəqəsinin problemləri ilə bağlı ictimai müzakirələr keçirilir, nəticə etibarı ilə toplanmış təkliflər əsasında Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında təkliflərlə çıxışlar edirik: “Layihə ilə bağlı bizə sosial yardımlarla, pensiyalarla, mənzil problemləri ilə, əlilliyin müəyyən edilməsi ilə və sairə ilə bağlı 105-dən artıq müraciət daxil olub. Son dövrlər ən populyar müraciətlər alimentlərin, kreditlərin ödənilməsi ilə əlaqədar olub. Həmin şəxslərə hüquqi xidmətlər göstərilib və fərdi qaydada hüquqi yardım edilib, müxtəlif instansiyalara onlarla baqlı müraciətlər olunub. Bundan başqa, biz Qaxda, Mingəçevirdə, Tovuzda, Ağstafada ictimai müzakirələr həyata keçiririk. Onu da vurğulayım ki, nəticə etibarı ilə biz Bakı şəhərində yekun tədbir keçirməklə ictimai müzakirələrin və görüləcək işlərin hesabatını təqdim edəcəyik”.

Mais Əliyevin sözlərinə görə, rəsmi məlumata görə, ölkəmizdə əlil uşaqların sayı 67 min 193 nəfər idi, son 6 ayda bu göstərici 5 min nəfər də artıb: “Mingəçevirdə 1000 artıq əlil uşaq var. Bu layihə çərçivəsində əlil uşalqarla bağlı tədbirlərin keçirilməsi də diqqət mərkəzindədir. Ən böyük bəlamız odur ki, hələ də bəzi valideynlər öz əlil övladlarını gizlətməkdədirlər. Onlar başa düşmürlər ki, gələcəkdə belə uşalar təhsil, peşə problemi ilə üzləşəcəklər.

 

Tədbirdə çıxış edənlər onları narahat edən problemlərdən söz açıblar.

Esmira Hidayətova, Mingəçevir