Lavrov… gəlir

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək. 

O, dekabrın 14-də Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək.

Qeyd edək ki, QİƏT sədrliyi nazirlərin 38-ci iclası çərçivəsində rotasiyaya uyğun olaraq Azərbaycana keçib. 

Tədbir zamanı Azərbaycanın QİƏT-dəki yarımillik sədrliyinin yekunları, eləcə də, iqtisadi əməkdaşlıq sahəsi ilə bağlı regional gündəliyə daxil olan bir çox məsələlər müzakirə ediləcək.(oxu.az)