Lavrov Buçadakı təxribatla bağlı nələr söylədi

50

Buçadakı təxribat Rusiya hərbçiləri oranı tərk etdikdən sonra törədilib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin müavini, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəhbəri Martin Qriffitslə görüşdə deyib.

“Beynəlxalq humanitar gündəmdəki aktual məsələlərin ətraflı müzakirəsi Ukraynadakı vəziyyətə diqqət çəkdi. Rusiya tərəfi Kiyev vilayətinin Buça şəhərində baş verən hadisələri ətraflı qiymət verib. Orada baş verənlərin Rusiya Silahlı Qüvvələrinin çıxarılmasından sonra törədilmiş cinayətlərdə Rusiyanı təqsirli göstərmək məqsədi daşıyan açıq təxribat olduğu vurğulanıb”, – deyə Rusiya XİN başçısı qeyd edib.

Qeyd edək ki, Kiyev vilayətinin Buça şəhərində çoxlu sayda dinc insanların qətlə yetirilməsi haqqında videogörüntülər yayılıb. Rəsmi Kiyev Buçadakı faciəvi hadisədə Rusiyanı günahlandırıb, qətliamın Buçadan geri çəkilən Rusiya ordusu tərəfindən törədildiyini açıqlayıb.

Rəsmi Moskva isə Kiyevin Buça ilə bağlı iddialarını feyk adlandırıb. Kreml Buçada baş verənlərdə Rusiyanın əlinin olmasını qəti şəkildə rədd edib.