Laçın istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib

49

Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

alpaninfo.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.