“Lənkəran xanının vəziri” Şəkidə olub

0
509

Akademik Milli Dram Teatrı Şəkidə keçirilən I Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatr festivalda milli dramaturgiyanın banisi M.F.Axundzadənin komediyası əsasında Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan “Lənkəran xanının vəziri” tamaşası ilə çıxış edib. Şəki Dövlət Dram Teatrının binasında nümayiş olunan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşada Xalq Artisti Nurəddin Mehdixanlı, Cəfər Əhmədov, Əməkdar artistlər Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, Aslan Şirinov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Elçin Əhmədov, Rada Nəsibova, Elnar Qarayev, Elnur Qədirov, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Vüsal Mustafayev və Ramin Şıxəliyev çıxış edirlər.

Kollektiv Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin xüsusi diplomları ilə təltif edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here