Ləfxanım Mahmudovanın ürək ağrıdan hekayəti

347

Xocalı faciəsi onun da xatirində dərin iz buraxıb. 27 il öncə baş verənlər Ləfxanım Mahmudovaya əzab versə də, bu günlərdə gələn qələbə xəbərləri onu da sevindirir.

Əsrlikdən xilas ediləndən sonra Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda söhbət etdiyi 9 yaşlı Ləfxanım Mahmudova hazırda Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində yaşayır. İllər keçsə, yaşı artsa da mənfur düşmənin onun gözləri qarşısında törədiyi vəhşilikləri bir dəqiqə də yadından çıxara bilmir. Müsahibimiz deyir ki, həmin gecə ermənilər onların yaşadığı əraziyə girib evləri yandırır, insanları vəhşicəsinə öldürürdülər. Onlar qarlı qış gecəsində Qarqar çaydan keçib 9 gün ac -susuz meşədə qalıblar.

Xocalı sakini Ləfxanım bizimlə müsahibəsi zamanı bildirdi ki, atam mənə dedi ki böyük bacının əlini buraxma: ” Mənim onda 9 yaşım vardı (indi 38 yaşı var). Mən bacımın əlindən tutdum, girdik kəndin ortasına ailəlikcə, güllə səsindən heç yana getmək mümkün deyildi. Qarqar çaydan keçib meşəyə üz tutduq, ağ qarın üstü qıpqırmız qan idi. Uşaqların çığırtısı, ağlamağı ətrafı bürümüşdü. Biz meşədə 9 gün ac-susuz qaldıq. Mən ağlıyram ki, mənə çörək verin. Atam deyirdi ki, Ağdama çataq,sənə çoxlu çörək alacağam. Uşaqlar ağlayanda  da ermənilər onların səsinə gəlirdilər”.

Ləfxanım Mahmudova Çingiz Mustafayevlə söhbətini əsrlikdən qurtarılan zaman Ağdamda lentə alndığını deyir. O zaman şokda olduğundan doğru düzgün danışa bilmədiyini də bildirir: “Bizim əsrlikdən gəldiyimiz vaxtı Ağdamda qospital yaratmışdılar, vaqonlarda onda müsahibəni götürmüşdü, bəlkə də biz əsrlikdən gəldiyimiz 2-3 saat olardı onda götürmüşdü Cingiz Mustafayev. Orada mənə sual verir ki, nə qədr qalmısız əsrlikdə. Mən şokda olduğumdan səhv demişdim. Biz orda bir həftə qalmışdıq.

Qeyd edək ki, hazırda 3 övlad anası olan Xocalı sakini tezliklə doğma elinə, obasına qaydacağı günü səbirsizliklə gözləyür. Ləfxanım Mahmudova ilk qədəm basdığı gün Xocalının torpağından öpəcəyini bildirir.

Esmira Hidayətova, Goranboy