Kürd yəhudilər, yoxsa yəhudiləşmiş kürdlər? (4)

0
564
İsraildə yaşayan yəhudi kürd və ya yəhudiləşmiş kürdlər günümüzdə belə, evlərində kürd dilində danışır, kürd musiqisini, kürd xalq mahnılarını sevə-sevə dinləyirlər. Onlar kürd milli  geyimlərini də mühafizə etməkdə, bayramlarda, xüsusi tədbirlərdə onları geyinməkdədirlər. Bu da İraqın şimalından İsrailə köç etməyə həvəsləndirilənlərin böyük əksəriyyətinin məhz etnik kürdlər olmasının ehtimal kimi gündəmə gəlməsinə səbəb olub. Yeri gəlmişkən, qeyd edək ki, İsrail dövləti yarandığı illərdə oraya yəhudilərin köçünə böyük ehtiyac duyulurdu. Ona görə də yalnız İraqın şimalında deyil, dünyanın digər yerlərində yaşayan və iudaizmi qəbul edən əhalinin yəhudi altında İsrailə köç etməsinə göz yumuldu.
Kürd yəhudilər və ya yəhudiləşmiş kürdlərlə bağlı məsələ ABŞ-ın İraqa müdaxiləsindən sonra yenidən gündəmə gəldi. Həmin dövrdə məlum oldu ki, İraqın şimalından mütəmadi olaraq İsrailə yəhudi kürdlərin və ya yəhudiləşmiş kürdlərin köç etməsinə baxmayaraq, hələ də orada çoxlu sayda iuadizmə sitayiş edən və müsəlman kürd adı altında tanınan əhali yaşamaqdadır. Onların böyük əksəriyyəti isə ABŞ və İsrail xüsusi xidmət orqanları tərəfindən ələ alınmışdı və faktiki olaraq onların xüsusi tapşırıqlarını yerinə yetirməkdə, əhali arasında Türkiyəyə, İraqa və İrana, həmçinin Suriyaya münasibətdə düşmənçilik hisslərini təbliğ etməkdə və adıçəkilən ölkələrə qarşı müxtəlif təxribatlara baş vurmaqda idi.  Bunu 1996-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsinin İraqdakı Səddam rejiminə qarşı həyata keçirdiyi uğursuz əməliyyatdan sonra ortaya çıxan kürd yəhudilər və ya kürdləşmiş yəhudilər məsələsi də sübut etdi. Səddam rejiminin İraqın şimalında həyata keçirdiyi uğurlu əməliyyatdan sonra MKİ tərəfindən ələ alınan on minlərlə yəhudi kürd və ya özlərini yəhudi kimi qələmə verən kürdlər bölgəni tərk etməyə məcbur oldular. Əvvəlcə, beynəlxalq aləmdə İraqın şimalından təcili şəkildə çıxarılan əhalinin MKİ-nin Qərbdən olan əməkdaşları və ya MKİ-yə xidmət edən kürd silahlıları (peşmərgələr) olduğu ehtimal edilirdi. Ancaq sonra məlum oldu ki, onlar MKİ-yə xidmət edən kürd yəhudilər və ya yəhudiləşmiş kürdlərdir. Onları, əvvəlcə, ABŞ-ın Quam adasına yerləşdirdilər. Sonra isə onların bir qismini ABŞ-ın müxtəlif ştatlarında məskunlaşdırdılar. Lakin bu əhalinin böyük hissəsi İsrailə köç etməyə üstünlük verdi. Təxmini hesablamalara görə, 1996-2003-cü illərdə Səddamın qorxusundan 250-300 min yəhudi kürdün və ya yəhudiləşmiş kürdün ABŞ-a və İsrailə köç etdiyi ehtimal edilir. ABŞ-a köçürülən yəhudi kürdlərin və ya yəhudiləşmiş kürdlərin böyük hissəsi günümüzdə belə, çoxsaylı araşdırma mərkəzlərinin, o cümlədən Vaşinqtondakı Kürd İnstitutunun xüsusi diqqət mərkəzində qalmaqda davam edirlər.

 

Yəhudi kürdlər və ya ,

yəhudiləşmiş kürdlərin sayı

İraqın şimalındakı yəhudi kürdlər və ya yəhudiləşmiş kürdlərin sayları ilə bağlı digər bir maraqlı məqam da var.  Belə ki, 1924-cü ildə Türkiyə ilə İraq arasında əmələ gələn Mosul problemi ilə bağlı Millətlər Liqasının hazırladığı xüsusi hesabatda Süleymaniyədə 1550, Ərbildə 2750, Mosulda isə 7550 yəhudinin olduğu bildirilib. Ona görə də ötən əsrin 80-90-cı illərinə kimi onların saylarının birdən-birə, az qala, bir milyona çatması inandırıcı hesab edilə bilməz. Eyni zamanda 1948-ci ildə İsrail dövləti qurulandan sonra 250 min nəfər yəhudinin İsrailə köç etməsi ilə Millətlər Liqasının hazırladığı hesabatada göstərilən yəhudilərin sayları arasında tərs mütənasiblik var. Əgər bölgədə həqiqətən də 1924-cü ildə Millətlər Liqasının hazırladığı hesabatda göstərildiy kimi, 16500 yəhudi olubsa, onda 1948-1956-cı illərdə  İraqın şimalından təxminən İsrailə köç edən 250 min yəhudi haradan peyda oldu? Axı 16500 yəhudinin 25-30 il  ərzində 250 min nəfərə qədər artması mümkün deyil. Yəni burada məntiqi baxımdan əslində İraqın şimalından yəhudi adı altında İsrailə köç edən və müəyyən qədər iudaizmə sitayiş edən kürdlərdən söhbət gedə bilər.

Yeri gəlmişkən,  xatırladaq ki, ötən əsrin 50-ci illərində MOSSAD tərəfindən  “Ezra və Nehemya” planı çərçivəsində İraqın şimalından İsrailə köçürülən və dini inancları baxımından yəhudi hesab edilən kürdlərin böyük əksəriyyətinin etnik baxımdan kürd olduğu ehtimal edilir.

 

Kürd etnik kimliyi

qorunub saxlanılır

İsrailə köç etdirilən və yəhudi hesab edilən kürdlərlə bağlı bir maraqlı məqam da günümüzdə belə, onların etnik kürdlüklərini qoruyub saxlamalarıdır. Bununla bağlı İsraildəki Kürd Yəhudiləri Təşkilatının (The National Organization of Kurdish Jews in Israel) sədri olan Həbib Şimoni 1973-cü ildə mətbuata verdiyi açıqlamada açıq şəkildə bildirmişdi ki, İsraildə 90 min nəfər kürd yaşayır. Digər araşdırmaçı jurnalist Pamela Kidron isə 1988-ci ildə qələmə aldığı bir məqaləsində yazır ki, İsraildə 150 min nəfər kürd yaşayır.

Araşdırmaçı A. Medyalının yazdığına görə isə, İsraildə 200 min nəfər kürd var. Bütün bunlar isə İraqın şimalından İsrailə köç edən və kürd yəhudi adı altında tanınan əhalinin böyük hissəsinin iudaizmi qəbul edərək yəhudiləşən kürdlər olduğunu ehtimal etməyə imkan verir. Bu baxımdan Bərzanilərlə İsrail arasında sıx əlaqələrin olmasını da məhz bu amillə izah etmək olar. Molla Mustafa Bərzaninin oğlu, onun əvəzində İraqın şimalını idarə edən Məsud Bərzaninin sağ əli hesab edilən Evair Bərzani İsrail vətəndaşıdır. Onun yəhudiləşmiş kürd olduğu da istisna edilmir.

Günümüzdə Qüdsdə 30-40 min nəfər yəhudi kürd və ya yəhudiləşmiş kürd yaşayır.

Onlar bütün kürd adət-ənənələrini qoruyub saxlamaqda və buna ciddi şəkildə əməl etməkdədirlər.

İsraildə yaşayan yəhudi kürd və ya yəhudiləşmiş kürdlər günümüzdə belə, evlərində kürd dilində danışır, kürd musiqisini, kürd xalq mahnılarını sevə-sevə dinləyirlər. Onlar kürd milli  geyimlərini də mühafizə etməkdə, bayramlarda, xüsusi tədbirlərdə onları geyinməkdədirlər. Bu da İraqın şimalından İsrailə köç etməyə həvəsləndirilənlərin böyük əksəriyyətinin məhz etnik kürdlər olmasının ehtimal kimi gündəmə gəlməsinə səbəb olub. Yeri gəlmişkən, qeyd edək ki, İsrail dövləti yarandığı illərdə oraya yəhudilərin köçünə böyük ehtiyac duyulurdu. Ona görə də yalnız İraqın şimalında deyil, dünyanın digər yerlərində yaşayan və iudaizmi qəbul edən əhalinin yəhudi altında İsrailə köç etməsinə göz yumuldu. Ona görə də bu gün İsraildə yaşayan və yəhudi hesab edilənlər arasında hətta zəngilərə belə rast gəlmək mümkündür. Afrikanın şimalında yaşayan  zəngilərin bir hissəsi vaxtıilə iudaizmi qəbul edərək yəhudiləşdilər  və onlar da özlərini yəhudi adlandırırlar.  Yenə də məsələ ilə bağlı qeyd edək ki, indiki Şimali Qafqaz, Dağıstan və Həştərxanı da əhatə edən böyük bir ərazidə  VIII-XI əsrlərdə qüdrətli Xəzər dövlətini quran türklər iuadizmi qəbul edərək yəhudiləşdilər. Bu dövlət dağıldıqdan sonra orada yaşayan yəhudiləşmiş türklər Avropaya köç etdilər. Onlar iudaizmi qəbul edərək yəhudiləşmələrinə baxmayaraq,  XVII-XVIII əsrə kimi ana türk dilində danışmaqda davam etdilər. Bu gün Qafqazda, o cümlədən İranda yaşayan yəhudi hesab edilən əhalinin böyük qisminin də vaxtıilə iudizmi qəbul edən yəhudiləşmiş etnik qruplar olduğu ehtimal edilir. Bu baxımdan eyni prosesin İraqın şimalında yaşayan kürdlərə münasibətdə də getdiyini və nəticədə on minlərlə etnik kürdün iudaizmi qəbul etdikdən sonra yəhudiləşdiyi istisna edilmir. Amma sonda yenə də qeyd edək ki, bu məsələ, yəni iudizmi qəbul edərək yəhudiləşən kürdlər, türklər, farslar və digər millətlərlə bağlı məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Əks halda, bütün bu deyilənlər ehtimal olaraq qalmaqda davam edəcək.

 

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here