“Kür macərası” başlayıb

115

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Region Gənclərinin “Kür macərası” düşərgəsi layihəsinin açılış mərasimi baş tutub.

Açılış Mingəçevir şəhər Uşaq Gənclər-İdman Şahmat Məktəbinin Avarçəkmə bölməsinin ərazisində keçirilib.

Tədbirdə Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfov, Mingəçevir şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir Dövlət Universitetinin “Elm və İnnovasiyalar şöbəsi”nin müdiri Vüqar Mustafayev, Mingəçevir şəhər Uşaq Gənclər-İdman Şahmat Məktəbinin Avarçəkmə bölməsinin direktor müavini Aslan Saadov, layihə rəhbəri Gülmirə Məmmədova, layihə koordinatoru Etiram Sadıqzadə də iştirak ediblər. Çıxışlardan sonra gənclərə 3 gün ərzində görəcəyi işlər haqqında məlumat verilib.

Qeyd edək ki, “Kür macərası” 27-29 avqust tarixlərini əhatə edir.

Esmira Hidayətova, Mingəçevir