Kukla teatrı mövsümü başa vurdu

0
460

85 illik yubileyini  qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir teatr mövsümünü uğurla başa vurdu. Yerli və xarici  qastrollar, beynəlxalq teatr  festivalları və uğurlu premyeralarla yadda qalan mövsümlə  bağlı iyulun 15-də teatrda toplantı keçirildi.

Tədbirdə çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə mövsümün uğurlu yekunu ilə bağlı kollektivi təbrik etdi və onlara xoş istirahət arzuladı. O, mövsüm boyu teatrın əldə etdiyi yaradıcılıq uğurları, beynəlxalq və yerli qastrol səfərləri, beynəlxalq festivallarda qazanılan yüksək mükafatları qeyd etdi. Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının qazandıqları mükafatları da qeyd edən direktor bunun bütünlükdə teatrın uğuru olduğunu dedi.

Daha sonra mövsüm boyu uğurlu fəaliyyəti ilə seçilən teatrın əməkdaşları  Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Elnur Abasquliyev, Aygül Ağayeva və başqalarına fəxri fərmanlar təqdim olundu.