KTMT-nin Qazaxıstanda əsas missiyası başa çatıb?

84

KTMT ölkələri qoşunlarının Qazaxıstanda əsas missiyası başa çatıb.

Bunu Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Parlament Məclisinin iclasında bildirib.

Onun sözlərinə görə, iki gündən sonra KTMT qoşunlarının 10 gün ərzində mərhələli şəkildə ölkədən çıxarılmasına başlanılacaq.

Qeyd edək ki, Qazaxıstanda baş verən kütləvi iğtişaşlar zamanı təhlükəsizliyin təmin olunması məqsədilə Prezident Kasım-Jomart Tokayev kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etmişdi.

KTMT-nin sülhməramlı qüvvələrinin əsas vəzifələri mühüm dövlət və hərbi obyektlərin qorunması, vəziyyətin sabitləşməsində və əvvəlki məcraya qaytarılmasında Qazaxıstanın güc strukturlarına kömək göstərmək olub.