“KTMT-nin növbəti Baş katibinin Ermənistan nümayəndəsi olması barədə qərar quruma üzv ölkələrin ümumi qərarıdır”. Bu barədə Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu yaxınlarda KTMT katibliyi tərəfindən keçirilən iclasda belə qərar qəbul edilib. Qərar layihəsi təsdiq edilmək üçün KTMT üzvü olan ölkələrin xarici işlər nazirlərinə göndərilib. KTMT-nin növbəti sammitində isə bununla bağlı müvafiq qərar qəbul ediləcək. Sammitin keçiriləcəyi yer yaxın vaxtlarda müəyyən ediləcək.
Son xəbərlər
“İlin qızıl şagirdi”
Mingəçevirdəki Texniki-humanitar liseyin 5-ci sinif şagirdi Hüseyn Əhmədli Lütfi Zadə adına məntiq olimpiadasında Riyaziyyat / Məntiq bölməsində Respublika üzrə rəqiblərini geridə qoyaraq "Qızıl medal"...