“Krım Ukrayna ərazisidir”

0
368

“Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm”. Bu barədə Rusiyada 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini deyən teleaparıcı Kseniya Sobçak bildirib.

“Biz öz sözümüzü pozmuşuq. 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozmuşuq. Söz verdik, lakin bu sözə əməl etmədik. Bundan sonra biz müzakirə etməliyik. Bu, böyük problemdir”, – deyə K. Sobçak mətbuat konfransında vurğulayıb.

O, Ukrayna ilə münasibətlərin Rusiya üçün çox vacib olduğunu, münasibətləri normallaşdırmalı olduqlarını söyləyib: “Ukrayna sözsüz ki, Rusiyanın çox vacib tərəfdaşıdır. Normal, yaxşı münasibətləri bərpa etmək, yəqin ki, Rusiyanın qarşısında duran ən başlıca vəzifədir. Bu, hər şeydən öndədir”.

Krımdan Sobçakın bəyanatına münasibət gecikməyib. Respublikanın baş naziri Dmitriy Polonski teleaparıcını vaxtını “ucuz populizm”ə sərf etməməyə çağırıb. qafqazinfo