Kreml separatçılara dəstək verir

Rusiyanın özü Ukraynada gərginliyi artıran addımlar atmaqda davam edir, ağır texnikanı sərhəddən keçirir. 
 Bunu ABŞ Müdafiə Departamentinin mətbuatla iş şöbəsinin direktoru polkovnik Stiven Uorren deyib.

S. Uorren yaranmış durumun narahatlıq doğurduğunu, ölkəsinin Rusiyanı münaqişənin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyət göstərməyə çağırdığını deyib. O, Ukraynaya ən böyük hərbi texnika yükün təxminən iki həftə əvvəl daxil olduğunu və 100 vaqondan ibarət olduğunu qeyd edib. S. Uorren bildirib ki, bu hərbi yük əsasən tanklardan ibarət olub.

Bu da göstərir ki, Rusiya Ukraynadakı separatçılara çox yaxından dəstək verirlər”, – deyə o vurğulayıb.

Bu arada isə Ukraynanın şərqində Rusiya hərbçilərindən ibarət qrup zərərsizləşdirilib.

Bununla bağlı Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, avqustun 24-də Donetsk vilayətində, Rusiya sərhədindən təxminən 20 kilometr aralıda yerləşən Zerkalnoe qəsəbəsində Rusiya Hava Desant qoşunlarının 90-ci diviziyasının 10 hərbi qulluqçusu ələ keçirilib. Sorğu-sual nəticəsində məlum olub ki, bir həftə əvvəl 350-400 nəfərdən ibarət qrup, 30-a yaxın hərbi maşın, 18 artilleriya qurğusu eşalonla Ukrayna sərhədində yerləşən Rostov na Donu vilayətinə göndərilib.

Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılan Rusiya hərbçilərinin üzərində hansı ölkəyə məxsus olduğunu bildirən işarə olmayıb.

 

Ukrayna ordusunu gücləndirir

Ukrayna Silahlı Qüvvələri yaxın günlərdə modernləşdirilimiş “Qrad” reaktiv yaylış atəş sistemi alacaq. Bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama verib.

“Bastion 1”, “Bastion 2” adlı sistemlərin əsas xüsusiyyətlərindən biri budur ki, sistemlərin yenidən yüklənməsi tez həyata keçirilir. Sistemlərin yenidən yüklənməsi 120 saniyəyə başa gəlir. “Bastion 1”, “Bastion 2” sistemlərində əlavə 40 mərmi olur.

Modernləşdirilmiş “Bastion 1”, “Bastion 2” sistemləri 40 kilometr uzaqlıqdakı hədəfi dəqiq vurma qabiliyyətinə malikdir.