Körpülər sevgiyə tab gətirmir

0
544
Fransanın paytaxtı Parisə gələn turistlərin çoxu sevgilərini nümayiş etdirmək məqsədi ilə paytaxtdakı körpülərə qıfıllar asırlar. Lakin buraya taxılan çoxlu sayda qıfıllar körpülərin tarixi quruluşuna zərər verir. Bunun qarşısını almaq məqsədi ilə aidiyyatı qurumlar tərəfindən turistlərə xəbərdarlıq edilib. 
Körpünün müxtəlif yerlərinə üzərində “Artıq körpülərə qıfıl asmayın, şəkil çəkdirməklə kifayətlənin” yazılan lövhələr yerləşdirilib. Körpülərin tarixi quruluşununa zərər verməklə yanaşı, həm də onların aşma təhlükəsinin olduğu vurğulanıb. Bu da, bura gələn turistlərin və yerli sakinlərin həyatını təhlükəyə altında olması deməkdir. Buna misal olaraq “Pont des Arts” körpüsünü göstərə bilərik. Belə ki, sözügedən körpüdən asılan qıfılların ağırlığı 27 tona çatmış və ağırlığa dözməyən körpü bir müddət bundan əvvəl çöküb. Qeyd edək ki, bu ənənə turistlər arasında 5 il əvvəldən başlayıb. Şəhər sakinləri turistləri bu vərdişdən yayındırmaq məqsədi ilə şəhərin müxtəlif  yerlərinə “Körpülərimiz artıq sizin sevgi nümayişlərinizi daşıya bilmir” yazılı lövhələr yerləşdiriblər. Buna baxmayaraq turistlər yenə də qıfıl asma vərdişindən asanlıqla əl çəkməyəcəklərini bildiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here