Könüllülərə sertifikatlar təqdim olunub

132

Respublika Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”na və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 26 yanvar 2015-ci il tarixli Sərəncamına müvafiq olaraq gənclər siyasəti respublikamızın hər yerində olduğu kimi Mingəçevirdə də uğurla yerinə yetirilir. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.

Mingəçevir Şəhər İcra Hakimiyyəti bu silsilədə olan  12-cu dəfə (hərəsi 2 ay müddətində olmaqla) könüllülərini yola salıb. Bu gün  İcra Hakimiyyəti başçısı İlham İsmayılov aparatda təcrübə keçən könüllülərə sertifikatlarını təqdim edib. Gənclər çıxışlarında bir çox biliklərə yiyələndiklərini,  İH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

İcra başçısı İlham İsmayılov təcrübə keçən könüllülərin təəssüratlarını öyrəndikdən sonra  sonra bildirib ki, Azərbaycanda bu yeni könüllük institutu kimi formalaşıb. Bu fəaliyy ət haqqında qanun da var. Hər bir gənc rəsmi fəaliyyətə başlamazdan əvvəl könüllü kimi dövlət qurumlarında olur və bu da onların gələcək əmək fəaliyyətində müsbət rol oynayır.

Görüşün sonunda təcrübə keçən könüllülərə sertifikatlar təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir