Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiq edib

0
410

Konstitusiya Məhkəməsi V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. apa-nın məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2015-cu il noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılıb.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Məruzəçi hakim Kamran Şəfiyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 18-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

Hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 23 şikayət təqdim edilib, 19 şikayət aidiyyəti üzrə göndərilib, 4 şikayət üzrə isə qanunvericiliyin tələbləri izah edilib.

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar 1823 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 1753 nəfərə imza vərəqi verilib, 1457 nəfər imza vərəqini qaytarıb, 1247 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onların bir qismi sonradan deputatlığa namizədliyini geri götürüb və 767 nəfərin adı protokola daxil edilib. Seçkiləri 40 beynəlxalq təşkilatdan 57 ölkənin vətəndaşı olan 503 beynəlxalq müşahidəçi, 27 beynəlxalq KİV-dən 42 nəfər, 66 minə yaxın yerli müşahidəçi izləyib. Eyni zamanda 1000 məntəqədə veb-kamera quraşdırılıb. Seçkidə 15 siyasi partiya və 7 partiyanın bir araya gəldiyi “Azadlıq-2015” siyasi partiyalar bloku iştirak edib. Namizədlər seçicilərlə görüşlərin keçirilməsində heç bir məhdudiyyətlə üzləşməyiblər, təşviqat prosesi geniş miqyasda həyata keçirilib. Seçicilərin fəallığı 55,54 faiz olub. Başqa sözlə, seçici siyahılarına daxil edilmiş 5 milyon 211 min 765 seçicidən 2 milyon 894 min 515 seçici səsvermədə iştirak edib. MSK sədri deyib ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə 40 seçki məntəqəsi, o cümlədən 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 53 saylı Quba-Qusar Seçki Dairəsi, 82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 121 saylı Laçın Seçki Dairəsi üzrə ümumilikdə 58 seçki məntəqəsində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi həmin dairələr üzrə ümumi nəticəyə təsir etməyib. MSK noyabrın 17-də 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsinin hamısında seçkinin nəticələrini etibarsız sayıb və bu dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.

Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 7 noyabr seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 7 noyabr seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla isə Ulduzə Həmidova çıxış edib. Onlar hakimlərin suallarını da cavablandırıblar.

Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

Beləliklə, Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən seçki dairələri üzrə deputat seçilmiş aşağıdakı şəxslərin deputat statusları təsdiq edilib:

1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP)
2 saylı Şərur Seçki Dairəsi – İsa Həbibbəyli (YAP)
3 saylı Babək-Kəngərli Seçki Dairəsi – Səttar Mehbalıyev (bitərəf)
4 saylı Naxçıvan şəhər Seçki Dairə – Eldar İbrahimov (YAP)
5 saylı Şahbuz-Babək Seçki Dairəsi – Siyavuş Novruzov (YAP)
6 saylı Culfa-Babək Seçki Dairəsi – Ülviyyə Həmzəyeva (YAP)
7 saylı Ordubad-Culfa Seçki Dairəsi – Qüdrət Həsənquliyev (BAXCP)
8 saylı Binəqədi Birinci Seçki Dairəsi – Azay Quliyev (bitərəf)
9 saylı Binəqədi İkinci Seçki Dairəsi – Kəmaləddin Qafarov (YAP)
10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi – Madər Musayev
11 saylı Qaradağ Seçki Dairəsi – Aydın Hüseynov (YAP)
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi – Mixail Zabelin (YAP)
13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi – Rauf Əliyev (YAP)
14 saylı Xəzər Seçki Dairəsi – Mehriban Əliyeva (YAP)
15 saylı Yasamal Birinci Seçki Dairəsi – Ülvi Quliyev (bitərəf)
16 saylı Yasamal İkinci Seçki Dairəsi – Aytən Mustafayeva (bitərəf)
17 saylı Yasamal Üçüncü Seçki Dairəsi – Elşad Həsənov (bitərəf)
18 saylı Nərimanov-Nizami Seçki Dairəsi – Rasim Musabəyov (bitərəf)
19 saylı Nərimanov Birinci Seçki Dairəsi – Hikmət Məmmədov (YAP)
20 saylı Nərimanov İkinci Seçki Dairəsi – Adil Əliyev (bitərəf)
21 saylı Nəsimi Birinci Seçki Dairəsi – Məlahət İbrahimqızı (YAP)
22 saylı Nəsimi İkinci Seçki Dairəsi – Asim Mollazadə(ADİSP)
23 saylı Nəsimi – Səbail Seçki Dairəsi Ziyad Səmədzadə (bitərəf)
24 saylı Nizami Birinci Seçki Dairəsi – Rövnəq Abdullayev (YAP)
25 saylı Nizami İkinci Seçki Dairəsi – Sədaqət Vəliyeva (YAP)
26 saylı Sabunçu Birinci Seçki Dairəsi – Fazil Mustafa (BQP)
27 saylı Sabunçu İkinci Seçki Dairəsi – Dilarə Cəbrayılova (YAP)
28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi – Eldar Quliyev (bitərəf)
29 saylı Səbail Seçki Dairəsi – Şəmsəddin Hacıyev (YAP)
30 saylı Suraxanı Birinci Seçki Dairəsi – Sevinc Fətəliyeva (YAP)
31 saylı Suraxanı İkinci Seçki Dairəsi Fərəc Quliyev (MDHP)
32 saylı Suraxanı Üçüncü – Ağacan Abıyev (YAP)
33 saylı Xətai Birinci Seçki Dairəsi – Hüseynbala Mirələmov (YAP)
34 saylı Xətai İkinci Seçki Dairəsi – Fuad Muradov (bitərəf)
35 saylı Xətai Üçüncü Seçki Dairəsi – Araz Əlizadə (ASDP)
36 saylı Xətai Dördüncü Seçki Dairəsi – Səməd Seyidov (YAP)
37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsi – Pərvin Kərimzadə (YAP)
38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsi – Naqif Həmzəyev (YAP)
39 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsi – Xanlar Fətiyev (YAP)
40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi- Musa Quliyev (YAP)
41 saylı Sumqayıt Birinci Seçki Dairəsi – Mirzəcan Xəlilov (özü -YAP)
42 saylı Sumqayıt İkinci Seçki Dairəsi – Tahir Mirkişili (YAP)
43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi -Muxtar Babayev (YAP)
44 saylı Sumqayıt – Xızı Seçki Dairəsi – Hacı Salayev (bitərəf)
45 saylı Abşeron Seçki Dairəsi – Oqtay Əsədov (YAP)
46 saylı Şirvan Seçki Dairəsi – Rafael Cəbrayılov (bitərəf)
47 saylı Mingəçevir Seçki Dairəsi – Aydın Mirzəzadə (YAP)
48 saylı Yevlax Seçki Dairəsi – İlham Məmmədov (YAP)
49 saylı Yevlax – Mingəçevir Seçki Dairəsi – Əli Hüseynli (YAP)
50 saylı Abşeron – Qobustan Seçki Dairəsi – Zeynəb Xanlarova (bitərəf)
51 saylı Qusar Seçki Dairəsi – Azər Badamov (YAP)
52 saylı Quba Seçki Dairəsi – Vahid Əhmədov (bitərəf)
53 saylı Quba – Qusar Seçki Dairəsi – Yevda Abramova (YAP)
54 saylı Şabran – Siyəzən Seçki Dairəsi -Tahir Süleymanov (YAP)
55 saylı Xaçmaz şəhər Seçki Dairəsi – Eldəniz Səlimov (YAP)
56 saylı Xaçmaz kənd Seçki Dairəsi – İlham Əliyev (YAP)
57 saylı Kürdəmir Seçki Dairəsi – Müslüm Məmmədov (bitərəf)
58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi – Rafael Hüseynov (VHP)
59 saylı Salyan Seçki Dairəsi – Əliağa Hüseynov (bitərəf)
60 saylı Salyan-Neftçala Seçki Dairəsi – Fəzail Ağamalı (AVP)
61 saylı Neftçala Seçki Dairəsi – Arif Rəhimzadə (YAP)
62 saylı Saatlı Seçki Dairəsi – Əflatun Amaşov (bitərəf)
63 saylı Sabirabad Birinci Seçki Dairəsi – Elçin Quliyev (YAP)
64 saylı Sabirabad İkinci Seçki Dairəsi – Rüstəm Xəlilov (YAP)
65 saylı Saatlı – Sabirabad – Kürdəmir Seçki Dairəsi – Əhliman Əmiraslanov (YAP)
66 saylı Biləsuvar Seçki Dairəsi – Xanhüseyn Kazımlı (ASRP)
67 saylı Cəlilabad şəhər Seçki Dairəsi -Malik Həsənov (YAP)
68 saylı Cəlilabad kənd Seçki Dairəsi – Mirkazım Kazımov (YAP)
69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi – Fəzail İbrahimlı (VHP)
70 saylı Masallı şəhər Seçki Dairəsi – Nəriman Əliyev (YAP)
71 saylı Masallı kənd Seçki Dairəsi – Elmira Axundova (bitərəf)
72 saylı Yardımlı – Masallı Seçki Dairəsi – Musa Qasımlı (bitərəf)
73 saylı Lənkəran şəhər Seçki Dairəsi – Rüfət Quliyev (bitərəf)
74 saylı Lənkəran kənd Seçki Dairəsi – Hadı Rəcəbli (YAP)
75 saylı Lənkəran – Masallı Seçki Dairəsi – Cavanşir Paşazadə (YAP)
76 saylı Lənkəran – Astara Seçki Dairəsi – Ziyafət Əsgərov (YAP)
77 saylı Astara Seçki Dairəsi – Rəşad Mahmudov (YAP)
78 saylı Lerik Seçki Dairəsi – İqbal Məmmədov (YAP)
79 saylı İmişli Seçki Dairəsi – Əsabil Qasımov (YAP)
80 saylı İmişli – Beyləqan Seçki Dairəsi – Çingiz Qənizadə (bitərəf)
81 saylı Beyləqan Seçki Dairəsi – Şahin İsmayılov (YAP)
82 saylı Ağcabədi Seçki Dairəsi – Tahir Rzayev (YAP)
83 saylı Ağcabədi – Füzuli Seçki Dairəsi – Aqil Abbas (bitərəf)
84 saylı Füzuli Seçki Dairəsi – Bahar Muradova (YAP)
85 saylı Şamaxı Seçki Dairəsi – Elxan Süleymanov (bitərəf)
86 saylı İsmayıllı Seçki Dairəsi – Novruzəli Aslanov (bitərəf)
87 saylı Ağsu – İsmayıllı Seçki Dairəsi – Tahir Kərimli (Vəhdət)
88 saylı Göyçay Seçki Dairəsi – Sabir Hacıyev (VBP)
89 saylı Göyçay – Ağdaş Seçki Dairəsi – Elman Nəsirov (YAP)
91 saylı Ucar Seçki Dairəsi – Vüsal Hüseynov
92 saylı Zərdab – Ucar Seçki Dairəsi – Jalə Əliyeva (bitərəf)
93 saylı Bərdə şəhər Seçki Dairəsi – Gövhər Baxşəliyeva (bitərəf)
94 saylı Bərdə kənd Seçki Dairəsi – Zahid Oruc (bitərəf)
95 saylı Tərtər Seçki Dairəsi – Sahib Alıyev (bitərəf)
96 saylı Goranboy – Naftalan Seçki Dairəsi – Mahir Aslanov (bitərəf)
97 saylı Goranboy –Ağdam – Tərtər Seçki Dairəsi – Ağalar Vəliyev (YAP)
98 saylı Şəmkir şəhər Seçki Dairəsi – Sahibə Qafarova (YAP)
99 saylı Şəmkir kənd Seçki Dairəsi – Sona Əliyeva (YAP)
100 saylı Şəmkir – Daşkəsən Seçki Dairəsi – Kamran Bayramov (YAP)
101 saylı Göygöl – Daşkəsən Seçki Dairəsi – Rövşən Rzayev (bitərəf)
102 saylı Samux – Şəmkir Seçki Dairəsi – Valeh Ələsgərov (bitərəf)
103 saylı Gədəbəy Seçki Dairəsi – Sevinc Hüseynova (YAP)
104 saylı Gədəbəy – Tovuz Seçki Dairəsi – Rafiq Məmmədhəsənov (YAP)
105 saylı Tovuz Seçki Dairəsi – Qənirə Paşayeva (bitərəf)
106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi – Ülviyyə Ağayeva (bitərəf)
107 saylı Qazax Seçki Dairəsi – Kamran Nəbizadə (bitərəf)
108 saylı Ağstafa Seçki Dairəsi – Nizami Cəfərov (YAP)
109 saylı Balakən Seçki Dairəsi – Nəsib Məhəməliyev (YAP)
110 saylı Zaqatala Seçki Dairəsi – Elşən Musayev (ADMP)
111 saylı Zaqatala – Balakən Seçki Dairəsi – Kamilə Əliyeva (YAP)
112 saylı Qax Seçki Dairəsi – Azər Kərimli (bitərəf)
113 saylı Şəki şəhər Seçki Dairəsi – Yaqub Mahmudov (YAP)
114 saylı Şəki kənd birinci Seçki Dairəsi – Əli Məsimli (bitərəf)
115 saylı Şəki kənd ikinci Seçki Dairəsi – Cavanşir Feyziyev (bitərəf)
116 saylı Qəbələ Seçki Dairəsi – Fəttah Heydərov (bitərəf)
117 saylı Oğuz – Qəbələ Seçki Dairəsi – Aqiyə Naxçıvanlı (YAP)
118 saylı Ağdam şəhər Seçki Dairəsi – Bəxtiyar Əliyev (bitərəf)
119 saylı Ağdam kənd Seçki Dairəsi – Bəxtiyar Sadıqov (YAP)
120 saylı Cəbrayıl –Qubadlı Seçki Dairəsi- Astan Şahverdiyev (YAP)
121 saylı Laçın Seçki Dairəsi -Mahir Abbaszadə (YAP)
122 saylı Xankəndi Seçki Dairəsi – Flora Qasımova (bitərəf)
123 saylı Kəlbəcər Seçki Dairəsi – Cavid Qurbanov (YAP)
124 saylı Şuşa – Ağdam –Xocalı – Xocavəndi Seçki Dairəsi – Elman Məmmədov (YAP)
125 saylı Zəngilan – Qubadlı Seçki Dairəsi – İmamverdi İsmayılov (YAP)

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 18-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.