Konfrans Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək

23

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

8 qrupda ümumilikdə 16 qarşılaşma baş tutacaq.

C qrupunda İtaliya “Roma”sı Ukraynada “Zarya” ilə qarşılaşacaq. G qrupunda “Tottenhem” İngiltərədə Sloveniya “Mura”sını sınağa çəkəcək.

“Qarabağ”ın yer aldığı H qrupunda da 2 görüş oynanılacaq. Ağdam klubu Kiprdə “Omoniya”nın qonağı olacaqsa, digər matçda “Bazel” İsveçrədə Qazaxıstan “Kayrat”ı ilə münasibətlərinə aydınlıq gətirəcək.

A qrupu

20:45. “Alaşkert” (Ermənistan) – HİK (Finlandiya)

20:45. LASK (Avstriya) – “Makkabi” (Təl-Əviv, İsrail)

Xal durumu: “Makkabi” – 3, LASK – 3, HİK – 0, “Alaşkert” – 0.

B qrupu

20:45. “Partizan” (Serbiya) – “Flora” (Estoniya)

20:45. “Gent” – “Anortosis” (Kipr)

Xal durumu: “Partizan” – 3, “Gent” – 3, “Flora” – 0, “Anortosis” – 0.

C qrupu

20:45. “MOİK-Sofiya” (Bolqarıstan) – “Budyo Qlimt” (Norveç)

20:45. “Zarya” (Luqansk, Ukrayna) – “Roma” (İtaliya)

Xal durumu: “Roma” – 3, “Budyo Qlimt” – 3, “Zarya” – 0, “MOİK-Sofiya” – 0.

D qrupu

20:45. ÇFR (Kluj, Rumıniya) – “Randers” (Danimarka)

20:45. AZ (Niderland) – “Yablonets” (Çexiya)

Xal durumu: “Yablonets” – 3, AZ – 3, “Randers” – 3, ÇFR – 0.

E qrupu

23:00. “Feyenoord” (Niderland) – “Slaviya” (Praqa, Çexiya)

23:00. “Union Berlin” (Almaniya) – “Makkabi” (Hayfa, İsrail)

Xal durumu: “Slaviya” – 3, “Feyenoord” – 1, “Makkabi” – 1, “Union Berlin” – 0.

F qrupu

23:00. PAOK (Yunanıstan) – “Slovan” (Bratislava, Slovakiya)

23:00. “Kopenhagen” (Danimarka) – “Linkoln” (Cəbəllütariq)

Xal durumu: “Kopenhagen” – 3, PAOK – 3, “Slovan” – 0, “Linkoln” – 0.

G qrupu

23:00. “Vitess” (Niderland) – “Renn” (Fransa)

23:00. “Tottenhem” (İngiltərə) – “Mura” (Sloveniya)

Xal durumu: “Vitess” – 3, “Tottenhem” – 1, “Renn” – 1, “Mura” – 0.

H qrupu

23:00. “Omoniya” (Kipr) – Qarabağ” (AZƏRBAYCAN)

23:00. “Bazel” (İsveçrə) – “Kayrat” (Qazaxıstan)

Xal durumu: “Qarabağ” – 1, “Omoniya” – 1, “Bazel” – 1, “Kayrat” – 1.

“Report”