Konfederasiyalar Kubokuna yekun vurulacaq

478

Bu gün Konfederasiyalar Kubokuna yekun vurulacaq. Gün ərzində həm üçüncü yerin sahibi, həm də çempionun adına aydınlıq gələcək.

Əvvəlcə bürünc medalın taleyi həll olunacaq. Portuqaloya Meksika ilə üz-üzə gələcək. Yarımfinalda Çiliyə oyunsonrası penalti seriyasında uduzan pirineylilər Almaniya qarşısında aciz qalan amerikalılara qarşı daha diqqətli oynamağa çalışacaq.

Portuqaliyanın super ulduzu Ronaldonun bu matça çıxış etməyəcəyi əvvəlcədən bəlli idi. Əkiz övladları dünyaya gələn “Real”lı baş məşqçinin xüsusi icazəsi ilə millinin düşərgəsindən ayrılıb. Meksikada isə ciddi itki yoxdur.

Moskvada keçiriləcək oyun saat 16:00-da start götürəcək.

Bakı vaxtı ilə saat 22:00-da diqqətlər Sankt-Peterburqa yönələcək. Konfederasiyalar Kubokunun qalibinin adına aydınlıq gələcək oyunda Almaniya ilə Çili qarşılaşacaq. Turnirin əsas favoritlərindən biri olan “bundestim”in bu matçdan öncə də şansı yüksək dəyərləndirilir. Çili isə penaltilər sayəsində qazandığı final biletinin təsadüfi olmadığını sübut etməlidir.

Rusiyaya əsasən ehtiyat heyətlə yollanan Löv əlindəki bütün futbolçuların xidmətindən istifadə edə biləcək. Cənubi amerikalıların da bu sarıdan bir problemi yoxdur.

Konfederasiyalar Kuboku – 2017

2 iyul

3-cülük uğrunda oyun

16:00. Portuqaliya – Meksika

Baş hakim: Fahad Əl Mirdasi

Köməkçilər: Abdullah Əl Şalvay, Muhammed Əl Abakri (hamısı Səudiyyə Ərəbistanı)

Dördüncü hakim: Bakari Qassama (Qambiya)

Moskva, “Spartak Stadionu”

Final

22:00. Çili – Almaniya

Baş hakim: Milorad Maziç

Köməkçilər: Milovan Rıstiç, Dalibor Dyurceviç (hamısı Serbiya)

Dördüncü hakim: Damir Skomina (Sloveniya)

Sankt-Peterburq stadionu