Komitə hesabat verdi

589

Azərbaycan Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin son bir ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib. Hesabatda DİİXHİ Hİ Respublika Komitəsinin məsul işçisi Rahila xanım Babayeva və İcra Hakimiyyəti aparatının I müavini İlham İsmayılov, Mingəçevir şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva və komitə üzvüləri iştirak edib.

 

İllik fəaliyyət barədə geniş məlumat verən Ülviyyə Vəliyeva bildirib ki, əslində arxada qalmış bir il mövcud olmağımızın deyil, fəaliyyətimizin tarixidir: “Bu bir il ərzində daha əhəmiyyətli məqsəd və vəzifələr uğrunda mübarizəyə başlamışıq. Şəhər Komitəsinin ucotunda olan üzv təşkilatlarla birlikdə bir sıra vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışıq. Fürsətdən istifadə edərək Şəhər Komitəsinin fəaliyyətinə hərtərəfli kömək etmiş şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova və ilk təşkilatların rəhbərlərinə öz təşəkkürümü bildirirəm”.

O daha sonra deyib: “Sizin bir çoxunuz Ulu öndərimiz Heydər Əliyevin həmkarlar ittifaqına göstərdiyi qayğı və dəstəyinin şahidi olmusunuz. Heydər Əliyevin “Yeni mərhələdə həmkarlar ittifaqları əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilərək, onların iş şəraitinin yaxşılaşdırılması, əməyinin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin  həll edilməsi yolunda böyük əzmlə çalışmalıdır” çağrışına layiqincə cavab vermək üçün həmkarlar ittifaqları əlindən gələni əsirgəməməlidirlər. Məhz Ulu öndərimiz Heydər Əliyevin imzaladığı 24 fevral 1994-cü il tarixli fərmanı ilə “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasəti Respublikanın inkişafı prosesində məqsədyönlüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olmasına etibarlı zəmin formalaşdırmışdır. Azərbaycanın hərtərəfli müasirləşməsində mühüm rol oynayan bu iqtisadi siyasət həm də Milli İnkişaf Modelinin reallaşmasını təmin edən başlıca amilə çevrilmişdir. Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır. 2004-2018-ci illəri əhatə edən Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla həyata keçirilir. Qətiyyətlə demək olar ki, şəhərimiz də, bu geri qalmamışdır. Dövlət proqramı çərçivəsində şəhərimizdə həm sosial-iqtisadi, həm də quruculuq işləri sahəsində çox yüksək nailiyyətlər əldə olunmuşdur. Tam əminliklə demək olar ki, şəhərimiz öz köhnə libasını tamam dəyişmişdir. Yeni iş yerlərinin açılması üçün 2016-cı ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Yüksək Texnologiyalar Parkının və “Asan həyat”ın ilin sonuna işə salınması nəzərdə tutulmuşdur. Bu da inanırıq ki, şəhərimizdə işsizliyin aradan qaldırılmasında öz töhfəsini verəcəkdir”.

Rizvan Mikayıllı, Rza İsmayılov, Ceyhun İsmayılov və digərləri hesabatla bağlı öz fikirlərini açıqlayıblar. Tədbirin sonunda icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov çıxış edərək komitənin fəliyyətini qənaətbəxş olduğunu bildirib.

Esmira Hidayətova, Mingəçevir.