Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, xəstəxanaya yerləşdirilən şəxslər yüngül xəsarət alıblar, həyatı təhlükələri yoxdur.
Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.
Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar.
İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.Faktla bağlı təhqiqat aparılır.