Kollecin tələbələri Göygöl Milli Parkını ziyarət ediblər

1054

Mingəçevir Turizm Kollecinin Səyahət və Ekskursiya şöbəsinin iş planına uyğun olaraq kollecin bir qrup tələbəsi  Göygöl Milli Parkında olublar. Səyahət və Ekskursiya şöbəsinin müdiri  Bəhruz Kərimov, pedaqoqlar Aydın Rəhimov və Samir Tağızadənin müşayəti ilə baş tutan səyahət zamanı ekskursantlar Göygöl və Maralgölə baş çəkərək  həmin ərazilərin füsunkar təbiəti ilə yaxından tanış olublar. Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2008-ci il tarixli Sərəncamına əsasən Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılmışdır. Sahəsi 6739 hektar olan Göygöl Dövlət Təbiət Qoruğu Milli Park statusu aldıqdan sonra, onun ərazisi artırılaraq, 12 755 hektara çatdırılmışdır. Bu ərazinin 5094 hektarı meşəlik, yerdə qalanı isə düzənlik ərazidir. Ərazinin 109 hektarı isə göllərin payına düşü

Qeyd edək ki, ekskursiya zamanı tələbələrə Göygölün yaranma tarixi barəsində tələblərə ətraflı məlumat verilib, həmçinin Göygöl və Maralgöl ətrafındakı ərazilərdə istirahət turizminin inkişaf mərhələləri barəsində gənclər maraqlı informasiyalar əldə ediblər. Azərbaycanın əsrarəngiz  təbiətə malik zonalarından biri olan Göygölə səyahət kollec tələbələrində zəngin təəssürat yaradıb.

Esmira Hidayətova