Kollecdə  QİÇS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

257

 

Mingəçevir Turizm Kollecində tələbələrin aktiv iştirakı ilə 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə “QİÇS-lə mübarizənin tibbi və hüquqi aspektləri” mövzusunda Respublika “QİÇS-lə Mübarizə Mərkəzi” Mingəçevir Regional Laboratoriyası tərəfindən   maarifləndirici tədbir keçirilib.

Tədbir iştirakçılarına  Respublika “QİÇS-lə Mübarizə Mərkəzi ”Mingəçevir Regional Laboratoriyasının  müdiri, həkimi Yeganə Aslanova mövzuya dair çıxışlar edərək, zərərli vərdişlərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar  və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar verərək  gənclərlə maarifləndirici söhbətlər aparib.  Qeyd edib ki, məqsədimiz tədbirin  mühüm bir mövzuya-insan immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliyə və bu xəstəliyin mübarizə yolları,ondan qorunma yolları ilə bağlı məlumat verməkdir.   Həkim   QİÇS-lə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edərək, İİV-in ağır sosial-iqtisadi problemlər törətdiyini, ölkəmizdə və eləcə də Mingəçevirdə  də bu xəstəliyin yayılma təhlükəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. QİÇS-ə yoluxmuş xəstələrlə rəftar, onların hüquqları barədə məlumat verən regional labaratoriyanın  rəhbəri İİV-ə yoluxmuş şəxslərin bu virusu bilərəkdən başqa şəxsə yoluxdurmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyətinin nəzərdə tutulduğunu qeyd edərək,  xəstəliyin qarşısının alınması üçün digər dövlət təminatları, o cümlədən İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun müddəaları barədə tələbələrə məlumat verib. Gənclərə bu xəstəliyə, həmçinin COVID-19 virusuna yoluxmamaları üçün hər zaman diqqətli olmaları, sanitar-gigiyenik qaydalara ciddi riayət etmələri tövsiyə edilib.

Tədbirdə İİV-ə yoluxma ehtimalı yüksək olan riskli obyektlər, yoluxma yolları və bunlardan qorunmağın yolları, virusa yoluxmuş  xəstələrlə rəftar barədə, həmçinin  respublika QİÇS-lə Mübarizə Mərkəzi və Mingəçevir şəhərində yerləşən regional HİV-laborotoriyası haqqında geniş məlumat verilib. Həkim Yeganə Aslanova  onu da qeyd edib ki,  uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq  Şərqi Avropa,Mərkəzi Asiyada QİÇS–in yayılması davam etməkdədir: ”Eyni ilə də bizim ölkəmizdə. Ümumiyyətlə bilirəm ki, çox adamın bu xəstəliyin törədicisi, bu infeksiyanın yayılma yolları, qotunma yolları haqqında məlumat dairəsi bir az zəifdir. Bu məqsədlə bu gün sizinlə görüşümüzü təşkil etmişik”.

Həkim İİV və QİÇS anlayışları haqqında ayrı ayrılıqda gənclərə slaydlarla geniş məlumat verib. Yeganə Aslanova onu da qeyd edib ki, hazırda Mingəçevirdə 168 nəfər qeydiyyatda olan QİÇS xəstəsi var? onlardan 124 nəfəri kişi, 44 nəfəri isə qadındır.

Müzakirə şəraitində keçən tədbirdə  iştirakçılar da mövzu ilə  bağlı çıxışlar edib, verilən suallar cavablandırılıb. Daha sonra bütün tələbələrə müzakirə olunan mövzuya dair bukletlər paylanılıb.

Esmira Hidayətova, Mingəçevir