Klublarımız UEFA Konfrans Liqasında cavab oyununa çıxırlar

38

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Azərbaycan klubları – “Neftçi”, “Qəbələ” və “Zirə” cavab oyunları keçirəcək.

Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan “Fehervar”ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. “Qırmızı-qaralar” ilk görüşdə 1:4 hesabı ilə uduzublar.

“Neftçi” “Bakcell Arena”da Kipr “Aris”ini sınağa çəkəcək. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq. “Ağ-qaralar” Larnakadakı ilk matçda məğlub olub – 0:2.

“Zirə” isə İsraildə “Makkabi” (Təl-Əviv) komandasının qonağı olacaq. “Blumfild” stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq. “Qartallar” Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan)

Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya)

Qəbələ şəhər stadionu

İlk oyun – 1:4

21:00. “Neftçi” (Azərbaycan) – “Aris” (Kipr)

Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya)

Bakı, “Bakcell Arena”

İlk oyun – 0:2

21:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zirə” (Azərbaycan)

Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya)

Təl-Əviv, “Blumfild” stadionu

İlk oyun – 3:0

Qeyd edək ki, “Qəbələ” – “Fehervar” cütünün qalibi III təsnifat mərhələsində “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) oyununun güclüsü, “Neftçi” – “Aris” cütünün qalibi “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, “Makkabi” – “Zirə” cütünün qalibi isə Yunanıstanın “Aris” (Saloniki) klubu ilə qarşılaşacaq.