“Kiyevin addımları üzündən Minsk anlaşmaları daim təhlükə altındadır”

529

“Minsk anlaşmaları daim təhlükə altındadır. Buna səbəb öhdəliklərinə əməl etməyən Kiyevin atdığı addımlardır”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Şanxay Əməkdaşlıq Şurasının regional təhlükəsizlik üzrə konfransında çıxış edən S. Lavrov Ukrayna hakimiyyətini Donbas regionu ilə birbaşa dialoqun qurulmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

ABŞ vəziyyətin gərginləşməsində Rusiyanı ittiham edib

ABŞ Ukraynanın şərqində vəziyyətin gərginləşməsində Rusiyanı ittiham edib. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib. “Biz rusiyameyyli separatçıların Donetsk, Luqansk, Maryinka və Peski yaşayış məntəqələrində Ukrayna ordusunun mövqelərinə hücumlarından narahatıq. Vəziyyətin gərginləşməsi və atəşkəsin pozulmasına görə məsuliyyət Rusiyanın üzərində düşür”, – deyə M. Harf bildirib. Onun sözlərinə görə, davam edən hərbi əməliyyatlar Minsk razılaşmalarının pozulması deməkdir.