Kiyev 75 metr hündürlüyündə bayraq dirəyi ucaldacaq

464

Kiyev şəhərində İkinci Dünya müharibəsi dövrünə aid Ukrayna Milli Tarixi Muzey Memorial Kompleksinin ərazisində 75 metr hündürlüyündə bayraq dirəyi ucaldılacaq.

Bu barədə Kiyev şəhər Administrasiyasından məlumat verilib.

Məlumata görə, bayraq dirəyinin qoyulması zamanı Bakının təcrübəsindən yararlanılacaq. Bayraq dirəyinin qoyulması üçün elan edilən tender dekabrın 7-də başa çatacaq. Bunun üçün xərclərin 48 milyon qrivenə (1 mln. 800 min dollara yaxın) başa gələcəyi proqnozlaşdırılır.

Bayraq dirəyinin qurulmasının 2018-ci il iyunun 30-dək yekunlaşdırılması nəzərdə tutulur. azərtac