“Kinomuzda Anar fenomeni”

668

“Elm və təhsil”nəşriyyatında tanınmış kinoşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynovun “Kinomuzda Anar fenomeni” adlı kitabı nəşr olunub. Kitabın redaktoru və ön sözün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.
Müəllif bu yenikitabinda görkəmli yazıçı-dramaturq və kino xadimi Anarın ssenariləri əsasında onun özünün və digər rejissorların çəkdikləri həm sənədli, həm də bədii filmləri geniş təhlil etmiş, onunAzərbaycan ekran sənətinə gətirdiyi yenilikləri, film yaratmaq məharətinin, ekran estetikasının prinsipial xüsusiyyət-lərini araşdırmış, «kinematoqrafçı Anar» fenomeninin mahiyyətini açıqlamış, ümumiyyətlə, istər ssenarist, istərsə də rejissor kimi Anarın kino tariximizdəki yerini müəyyənləşdirməyə çalışmış, elmi-nəzəri əhəmiyyət daşıyan bir sıra mühüm nəticələrə gəlmişdir.
Kitabın sonunda kino estetikasının müxtəlif problemləri ətrafında Anarla geniş müsahibə verilmişdir.