Kimin bəxtinə kim çıxacaq?

592

Dünya bu günlərdə həqiqətən də futbolla nəfəs alır. Cənubu Amerikada, Braziliyada möhtəşəm və çox fərqli, sürprizlərlə dolu dünya çempionatının yaşandığı günlərdə bizim təmsilçimiz  eləcə də ölkəmizdə çıxış edən futbolçu olmasa da,  Avropada adımız hallanacaq. Məsələ burasındadır ki, bu gün Avropa Liqasının və Çempionlar Liqasının I və II mərhələsinin püşkatma mərasimi reallaşacaq.

İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq və 17:30-dək davam edəcək. Məhz bu zaman kəsiyində avrokuboklardakı ilk cütlüklər müəyyənləşəcək.

Ölkəmizi həmişə olduğu kimi, yenə də 4 komanda bu mötəbər yarışda təmsil edəcək. 21 illik fasilədən sonra Azərbaycan çempionu olan “Qarabağ”  Çempionlar  Liqasında mübarizə aparacaq və mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.  Qurban Qurbanovun komandası rəqibi ilə məhz Avstriyada olarkən tanış olacaq. Məsələ burasındadır ki, “Qarabağ” hazırlığın ikinci mərhələsi üçün bu ölkəyə yollanacaq.

Mübarizəyə ikinci mərhələdən başlayacaq digər komandamız isə “Neftçi”dir.  Son 3 mövsümdür ki, Çempionlar Liqasında yarışan komandamız bu dəfə Avropa Liqasında mübarizəyə qoşulacaq. Hazırda Türkiyədə təlim-məşq toplanışında olan komandamız Azərbaycan Kubokunu qazanmaqla yarışa ikinci mərhələdən başlamaq hüququ əldə edib.

Tarixində ilk dəfə avrokuboklarda təmsil olunacaq “Qəbələ” isə yarışa ilk mərhələdən başlayacaq. Və indiki məqamda “Qəbələ”ni mötəbər yarışa ən hazırlıqsız komanda saya bilərik.  Məsələ burasındadır ki, komandanın baş məşqçisi Yuri Syomin  məhz avrokuboklar öncəsi istefa verib. Yeni çalışdırıcı Dorinel Muntyanunun isə çox qısa zaman kəsiyində  komandanı tanıması və ya istədiyi kollektivi qurması mümkünsüzdür.

Premyer Liqanın bürünc mükafatçısı “İnter” də yarışa ilk mərhələdən başlayacaq. Əgər Kaxaber Sxadadze istədiyi hücumçunu tapa bilsə, o zaman “İnter”in heyətinin tam komplektləşdiyini söyləyə bilərik.

Sonda isə əlavə edək ki, məcburi  olmadığı üçün “Neftçi” püşkatmada təmsil olunmayacaq. “Qəbələ”dən baş menecer Zaur Əzizovla vitse-prezident Fariz Nəcəfov Nyona gedəcəklər. “İnter”  burada klubun idman-direktoru Natiq Məmmədov və menecer Fərəc Əliyevlə təmsil olunacaq. Çempionlar Liqasındakı yeganə təmsilçimiz “Qarabağ” isə Nyona baş menecer Asif Əsgərovu göndərəcək.

 

Sonda sizi komandalarımızın bütün mümkün rəqibləri ilə tanış edirik.

 

I təsnifat mərhələsi

Səpələnmişlər: “Levadiya” (Estoniya), “Havnar Boldfelaq” (Farer adaları), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Banants” (Ermənistan) və “La Fiorita” (San-Marino)

 

II təsnifat mərhələsi

Səpələnmişlər: “Styaua” (Rumıniya), “Seltik” (Şotlandiya), BATE (Belarus), “Sparta” (Çexiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Legiya” (Polşa), “Debrecen” (Macarıstan), “Srvena Zevezda” (Serbiya), “Slovan” (Slovakiya), “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), “Qarabağ” (Azərbaycan), HİK (Finlandiya)

Səpələnməmişlər: “Dinamo” (Tiflis, Gürcüstan), “Malmö” (İsveç), “Reykravikur” (İslaniya), “Düdelanj” (Lüksümburq), “Stromsqodset” (Norveç), TNS (Uels), “Sent Patriks” (İrlandiya), “Skenderbeu” (Albaniya), “Rabotniçki” (Makedoniya), “Valletta” (Malta), “Zrinski” (Bosniya və Hersoqovina), “Kliftonvill” (Şimali İrlandiya), “Jalgiris” (Litva), “Sutyeska” (Monteneqro).

 

“Neftçi”nin potensial

rəqibləri

“Şaxtyor” (Belarus), “Qyor” (Macarıstan), “Sent Conson” (Şotlandiya), “Zavişa” (Polşa), “Neman” (Belarus), “Koşitse” (Slovakiya), “Trensin” (Slovakiya), “Qorika” (Sloveniya), RoPS (Finlandiya) və I təsnifat mərhələsinin qalibləri — “Spartak” (Trnava, Slovakiya), “Differdanj” (Lüksemburq), RNK (Split, Xorvatiya), “Linfild” (Şimali İrlandiya), “Pünik” (Ermənistan), “Aberden” (Şotlandiya), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Botev” (Bolqarıstan), “Honka” (Finlandiya), “Sliqo Rovers” (İrlandiya), “Birkirkara” (Malta), “Buduçnost” (Monteneqro), “Vaduz” (Lixtenşteyn), “Yaqodina” (Serbiya), “Koper” (Sloveniya), “Banqor Siti” (Uels), “Brommapoykarna” (İsveç), “Zimbru” (Moldova), MYPA (Finlandiya), “Haugesund” (Norveç), “Nomme Kalyu” (Estoniya), “Ferencvaros” (Macarıstan), “Dauqava” (Latviya), “Jenuesse Eş” (Lüksemburq), “Rudar” (Sloveniya), “Kukesi” (Albaniya), “Metallurq” (Makedoniya), “Çikura” (Gürcüstan), “Flamurtari” (Albaniya), “Tiraspol” (Moldova).

 

“İnter”in potensial

rəqibləri:

“Diosqor” (Macarsıtan), “Şkendiya” (Makedoniya), “Fola Eş” (Lüksemburq), “Krusaders” (Şimali İrlandiya), “Sant Julia” (Andorra), “Şirak” (Ermənistan), “Veris” (Moldova), “Mika” (Ermənistan), “Derri Siti” (İrlandiya), “Sioni” (Gürcüstan), “Hibernians” (Malta), “Slima Vanderers” (Malta), “Çelik” (Çernaqoriya), “Astana” (Qazaxıstan), “Fram Reykyavik” (İslandiya), “Jelqava” (Latviya), “Vikinqur” (Farer adaları), “Kayrat” (Qazaxıstan), “Laçi” (Albaniya), “Turnovo” (Makedoniya), “Dundalk” (İrlandiya), VPS (Finlandiya), “Styarnan” (İslandiya), “Banqa” (Litva), “Dauqava” (Latviya), “Lovçen” (Çernaqoriya), “Torşhavn” (Farer adaları), “Santa Koloma” (Moldova), “Kalev” (Estoniya), “Atlantas” (Litva), “Fuqlafyodr” (Farer adaları), “Airbus” (Uels), “Qlenavon” (Şimali İrlandiya), “Libertas” (San Marino), “Aberistvit” (Uels), “Santos Tartu” (Estoniya), “Folqore” (Cəbəllütariq), “Kollec” (Cəbəllütariq)

 

“Qəbələ”nin potensial

rəqibləri:

“Rusenborq” (Norveç), “Tromse” (Norveç), “Liteks” (Bolqarıstan), “Ekranas” (Litva), “Hafnarfyardar” (İslandiya), “Göteborq” (İsveç), “Jelezniçar” (Bosniya və Hersoqovina), “Şaxtyor” (Karaqandi, Qazaxıstan), “Spartak” (Trnava, Slovakiya), “Differdanj” (Lüksemburq), RNK (Split, Xorvatiya), “Linfild” (Şimali İrlandiya), “Pünik” (Ermənistan), “Aberden” (Şotlandiya), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Botev” (Bolqarıstan), “Honka” (Finlandiya), “Sliqo Rovers” (İrlandiya), “Birkirkara” (Malta), “Buduçnost” (Monteneqro), “Vaduz” (Lixtenşteyn), “Yaqodina” (Serbiya), “Koper” (Sloveniya), “Banqor Siti” (Uels), “Brommapoykarna” (İsveç), “Zimbru” (Moldova), MYPA (Finlandiya), “Haugesund” (Norveç), “Nomme Kalyu” (Estoniya),  “Ferencvaros” (Macarıstan), “Dauqava” (Latviya), “Jenuesse Eş” (Lüksemburq), “Rudar” (Sloveniya), “Kukesi” (Albaniya), “Metallurq” (Makedoniya), “Çixura” (Gürcüstan), “Flamurtari” (Albaniya), “Tiraspol” (Moldova).

 

ELGİZ ABBASOV