“Kim mənə süni yumurta gətirsə ona yüz manat verəcəm”

477

Son günlər sosial şəbəkələrdə süni yumurtalarla bağlı video çarxlar nümayiş olunmaqdadır. Bu video çarxların yayılmasından sonra mətbuatda süni qidaların insan orqanizmi üçün nə qədər təhlükəli olub-olmadığı yenidən müzakirə olunmağa başlayıb. Mövzunun aktuallığını nəzərə alaraq süni qidalarla bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov “Yeniavaz”a açıqlamasında dedi: “Süni qidalar iki cür olur. Bir var yaşlılar, bir də var uşaqlıar üçün nəzərdə tutulan. Ana südünün yerinə körpələrə süni hazırlanmış qidalar verilir. Süni qidalar kimi süni düyüni, süni kürünü, süni əti misal göstərə bilərik. Bu gün “Araz marketlər şəbəkəsi”də monitorinqlər apardım. Müəyyən internet şəbəkələrində yazılmışdı ki, “Araz” marketdə süni yumurta satılır. Mən süni yumurtanın satıldığı yerləri axtarıram, bu gün digər belə şəbəkələrdə də monitorinqləri davam etdirəcəyəm. Kim mənə süni yumurta gətirsə ona yüz manat verəcəm. Bəli, dünyada süni məmulatlar hazırlayan texnikalar var. Eləcə də Azərbaycanda belə texnikalar vardır. Məsələn süni kürü Azərbaycanda 20 ilə yaxındır ki, hazırlanır. Belə deyək də azərbaycanlılar çinlilərdən geri qalmır. Və süni kürünün üzərinə nərə balığının etiketi vurulurdu. Biz həmin o etiketin vurulmasının qarşısını ala bildik. Azərbaycanı kürü ölkəsi kimi tanıyan adamlar kürü alıb aparırır xaricə. Dünyada süni kürü, süni ymurta, süni ət və s. kimi məhsullar geniş şəkildə istehsal olunur. Azad bazar iqtisadiyyatı şəraitində süni məhsulların Azərbaycana gətrilir, bunu istisna etmirik. Ancaq istehlakçının seçim hüququ var. Dediyimiz kimi süni məhsullar texnikalarla hazırlanır, heç də gizli hazırlanmır. Hətta o kimi məhsullar cəlbedici olur, ancaq təbiinin yerin vermir. Çoxlu kimyəvi maddələr qarışığından hazırlandığı üçün insan orqanizmi üçün zərərlidir”.
“Bizə dəqiq məlumat verən yoxdur ki, həqiqətən bizdə belə məhsul var, ya yox”
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov mətbuatda süni qidalarla bağlı olan fikirlərin əsassız olduğunu dedi. Onun sözlərinə görə süni qidalar dünyada var, bunun hazırlanması üçün elm adamları araşdırmalar edir, bizdə isə mən elə bilirəm ki, “süni” məhsullar yoxdur: “Əslində bizə dəqiq məlumat verən yoxdur ki, həqiqətən bizdə belə məhsul var, ya yox. Əgər bazarda doğrudanda varsa o zaman Dövlət Gömrük Komitəsi və yaxud Dövlət Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Nazirliyi kimi dövlət qurumlarında qeydiyyatdan keçmiş olmalıdır. Bunların icazəsi olmadan sərhəddi keçə bilməz ki…? Yox, əyər bazarlarda varsa aidiyyatı olan orqanlara müraciət olunmalıdır ki, qanunla nəzərdə tutulub yoxsa gizlin daxil edilir. Kənd Təsərrüfatı Nazirliyi bizə müraciət edib ki, belə hallar aşkar etdiyiniz halda məlumat verin. Hələlik belə xəbər verən yoxdur. Biz necə deyə bilərik bazarda var… Məsələn, istehsal olunan bitki yağları var. Soyadan müxtəlif zülallar hazırlanır. İndi deməliyik ki, bunlar süni məhsullardır. Plastik məmulatlardan hazırlananlarla, bu məhsulları qarışdırmaq olmaz. Ümümi deyə bilərik ki, belə şeylər qarşımıza çıxmıyıb. Hazırlanma texnologiyası isə elmi proseslərdir”.
Ruzbeh Məmməd